Icma.az
close
up
RU
Bonn İqlim Sammitinin sessiyalarında Bakıda razılaşdırılmış maliyyə paketinin necə icra olunacağı müzakirə ediləcək

Bonn İqlim Sammitinin sessiyalarında Bakıda razılaşdırılmış maliyyə paketinin necə icra olunacağı müzakirə ediləcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 iyun, AZƏRTAC

Bu il Almaniyanın Bonn şəhərində keçirilən SB 62 sessiyası iqlim dəyişikliyi ilə mübarizəyə dair bir çox mühüm məsələlərin müzakirə olunacağı əhəmiyyətli platformadır. Düşünürəm ki, Bakıda əldə olunan razılaşmalardan sonra bu sessiya danışıqların davam etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın hökuməti və qarşıdan gələn COP30-un prezidenti – Braziliya bu prosesə birgə hazırlaşıb, növbəti COP-a yüksək səviyyədə ev sahibliyi edəcəklər.

Bu barədə AZƏRTAC-a müsahibəsində Bonn şəhərində yerləşən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Katibliyində (UNFCCC) Hökumətlərarası Dəstək üzrə Direktoru Sesiliya Kinusiya Njenqa(Cecilia Njenga) bildirib.

“Düşünürəm ki, SB 62-nin ən vacib tərəflərindən biri dünyanın müxtəlif ölkələrindən tərəflərin bir araya gəlməsidir. Burada biz təkcə iqlim dəyişikliyinin qarşısının alınması (mitiqasiya) deyil, eyni zamanda uyğunlaşma və ən əsası – texnologiya, maliyyə və inkişaf etməkdə olan ölkələrin potensialının artırılması kimi həyata keçirilməsi üçün zəruri olan vasitələri müzakirə edəcəyik”, – deyə Sesiliya Njenqa qeyd edib.

Bu həftə Bonnda iki əsas sessiyanın keçiriləcəyini diqqətə çatdıran Sesiliya Njenqa bildirib ki, bu sessiyalarda ölkələr Bakıda razılaşdırılmış maliyyə paketinin necə icra olunacağını müzakirə edəcəklər: “Həm razılaşmaların mahiyyətinə nəzər salmaq, həm də maliyyələşmənin ehtiyacı olan ölkələr üçün necə tətbiq ediləcəyini görmək baxımından bu vacib bir mərhələ olacaq. İqlim dəyişikliyinə qarşı mübarizə və uyğunlaşma məsələləri üzrə danışıqlar irəliləməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri