Icma.az
close
up
RU
Boran Əzizdən TRT1 ə irad: “Azərbaycan bayrağı 4 deyil, 3 rənglidir”

Boran Əzizdən TRT1 ə irad: “Azərbaycan bayrağı 4 deyil, 3 rənglidir”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Türkiyənin TRT1 kanalında yayımlanan “3-də 3” verilişində iştirakçılardan birinə Azərbaycanla bağlı sual ünvanlanıb.

“Azərbaycanın bayrağında neçə rəng var” sualına düzgün cavab kimi “4” variantı göstərilib. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər qeyd edirlər ki, bayraqda ağ rəngdə təsvir olunan ay və ulduz olsa da, rəsmi olaraq Azərbaycan bayrağı 3 rəngdən – mavi, qırmızı və yaşıl rənglərdən ibarətdir".

Müzakirələrdə Azərbaycan himnində yer alan “üçrəngli bayrağımız” ifadəsinə istinad edilərək sualın cavabının düzgün tərtib olunmadığı vurğulanır.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, tarix elmləri doktoru, professor Boran Əzizin sözlərinə görə, Azərbaycan dövlət bayrağı 3 rənglidir və 1918-ci il, noyabr ayının 9-da Cümhuriyyət Parlamentində qəbul edilmiş qərara uyğundur.

O bildirib ki, bayraq rənglərinin o cür düzülüşü də təsadüfi deyil: “Bayrağımızdakı rənglər və onun düzülüşü ilə bağlı araşdırma yazım var. İlk dəfə də mən araşdırmışam. Bəzən bayraqdakı rəngləri türkçülük, müasirlik, islamçılıq kimi qeyd edirlər. Bu yarımçıq cavabdır.

Əslində isə mavi rəng nəhəng, sonsuz, əzəmət bildirən türk hürriyyətpərvərliyinin nişanəsidir, türkçülük deyil. Qırmızı rəng Avropa elm və texnikasına sahib olmaqla bərabər, insan haqları və demokratiyasına əməl etmək və belə bir yaşam prinsipi seçmək deməkdir. Yaşıl İslam mədəniyyətinin parçasıdır. Bu baxımdan da biz orada digər rənglərin olduğunu bilmirik və qəbul etmirik. Həm parlamentin iclasında Fətəli Xan Xoyskinin, Məhəmməd Əmin Rəsulzadənin də əsərlərində, o cümlədən 1923-cü ildə Türkiyədə çap etdirdiyi “Azərbaycan Cümhuriyyəti” əsərində də kitabın üz qabığında yalnız üç rəng var. Cəfər Cabbarlının, Əhməd Cavadın və digərlərinin şeirlərində də 3 rəngin olduğu qeyd edilir”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Aprel 2026 01:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri