Ziya Bünyadovda sürücülər tıxacdan yayınmaq üçün səkini yola çevirdilər VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Ziya Bünyadov prospektinin köməkçi yolunda sürücülərin səki ilə hərəkət etməsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə prospektin Böyükşor gölü istiqamətində yerləşən hissəsində baş verib. Görüntüləri redaksiyamıza göndərən izləyicinin sözlərinə görə, sürücülər tıxacdan yayınmaq üçün avtomobilləri ilə səkiyə çıxırlar.
Kadrlardan görünür ki, “Changan”, “Mercedes”, “Mitsubishi” markalı və digər avtomobillərin sürücüləri yanacaqdoldurma məntəqəsini keçdikdən sonra səki ilə hərəkətlərini davam etdirirlər. Səkinin bitdiyi yerdə isə yenidən yola qoşularaq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar.
Şikayətçi bildirir ki, bu mənzərə ilə, demək olar, hər gün pik saatlarda qarşılaşırlar.
Nərmin
bax.tvhttps://bax.tv/embed/228963.html
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 18 Noyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















