Icma.az
close
up
RU
Borc xərclə bahalı telefon almaq xəstə təfəkkürün məhsuludur AÇIQLAMA

Borc xərclə bahalı telefon almaq xəstə təfəkkürün məhsuludur AÇIQLAMA

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son model telefonlarda olan funksiyaların çoxunu heç insanlarımız istifadə etmir

“Ziyalılar nümunə olmalıdır: Bahalı telefonlar şəxsi deqradasiyaya səbəb olur”

 Texnologiya yalnız cihazlarla deyil, insanlarla da fərqlənir. Alimlər və psixoloqlar bildirirlər ki, insanların telefon seçimi onların xarakteri haqqında çox şey deyə bilər. "İPhone" və "Android" istifadəçiləri arasında maraqlı psixoloji fərqlər mövcuddur.

Britaniyalı psixoloqların apardığı araşdırma göstərib ki, insanların "iPhone" və "Android" seçimi onların şəxsi xüsusiyyətləri ilə bağlıdır. Linkoln Universitetinin apardığı tədqiqatda həm "Android", həm də "iPhone" istifadəçiləri şəxsi keyfiyyətlərini və telefonla münasibətlərini qiymətləndirən anketlər doldurub.

Nəticələrə görə, "iPhone" sahibləri telefonlarını çox vaxt status göstəricisi kimi qəbul edir, brendə və xarici görünüşə daha çox diqqət yetirir. Onlar üçün dizayn, brend imici və rahat istifadə təcrübəsi vacibdir. Bu tip insanlar planlı, detallara diqqət edən və sosial baxımdan aktiv olurlar. "iPhone" seçimi bir növ “nizam-intizam və zövq” simvolu kimi qəbul edilir. Android istifadəçiləri isə smartfonu əsasən praktik vasitə kimi görür, əsas funksionallığa üstünlük verir.

Onlar “öz qaydası ilə işləməyi” sevən və texnologiyadan yaradıcı şəkildə istifadə edən insanlardır. "Android" istifadəçiləri adətən praktik, açıq fikirli və eksperimentə meyilli olurlar.

Tədqiqatçılar müəyyən edib ki, "iPhone" istifadəçiləri adətən daha gənc olur, onların arasında qadınların sayı çoxdur və emosional yanaşma daha güclüdür. "Android" istifadəçiləri isə əksinə, daha yaşlı və çox vaxt kişi olur, statusa az önəm verir. Tədqiqatda qeyd edilib ki, "iPhone" istifadəçiləri sosial mediada daha aktiv, "Android" istifadəçiləri isə daha realist və özəl həyata qapalı olur. Amma bu, üstünlük deyil, sadəcə fərqli düşüncə tərzlərinin təzahürüdür. Araşdırmanın müəllifi Hizer Şou bildirir ki, smartfonlar getdikcə insanların daxili obrazının rəqəmsal əksinə çevrilir və seçim də buna uyğun formalaşır. Qeyd edək ki, telefon seçimi bəzən zövq məsələsidir, amma hər brend bir xarakter izini daşıyır. Cəmi 500 nəfərin iştirakı ümumi nəticə çıxarmağa imkan vermir.

Lakin Azərbaycanda bu psixoloji fərqlər gündəlik həyatımızda da özünü göstərir. Gənclərin "iPhone" həvəsi artıq sadəcə texnoloji yeniliklərlə ölçülmür, həm də sosial statusun göstəricisinə çevrilib. Məsələn, Bakıda və digər böyük şəhərlərdə "iPhone" sahiblərinin yeni model satışına görə mağazaların qarşısında saatlarla növbələrdə dayanması artıq bir ənənəyə çevrilib. Burada məqsəd sadəcə telefon almaq deyil, həm də sosial statusu göstərmək və “hamıda var, məndə də olsun” düşüncəsini reallaşdırmaqdır. "Android" istifadəçiləri isə adətən texnologiyanı daha praktik və yaradıcı şəkildə istifadə edir, cihaz seçimində brenddən çox funksionallığa önəm verirlər.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı araşdırmada qeyd edilən məqamların cəmiyyətimiz üçün xarakterik olduğunu deyib. O, Sherg.az-a açıqlamasında qeyd edib ki, insanlar həmişə dəbdə olan əşyalara böyük maraq göstərirlər:

“İnsanların bahalı telefon “xəstəliyi” çox ciddi psixoloji problemdir, xüsusən də bizim kimi cəmiyyətlərdə. Fikir verirsinizsə, inkişaf etmiş ölkələrdə çox yüksək qiymətli avtomobillərdən və telefonlardan istifadə olunmur. Bizim kimi cəmiyyətlərdə şöhrətpərəstlik, yəni göstəriş xarakterli davranışlar geniş yayılıb. İnsanlarda “el gözünə” baxış anlayışı mövcuddur. Sanki cəmiyyətdə özünü təsdiq etmək ehtiyacı var və insanlar bunu müxtəlif yollarla göstərməyə çalışırlar. Məsələn, son model "iPhone", bahalı aksessuarlar və ya özəl nömrələrdən istifadə etmək üstünlük və prestij kimi qəbul edilir. Cəmiyyətimizdə kütləvi psixologiya çox güclüdür. Bu, müəyyən meyillərin, məsələn, kütləvi axın və bum xarakterli trendlərin yaranmasına səbəb olur. Xarici işbazlar və satış menecerləri də bu psixologiyanı yaxşı bilir və məhz buna əsaslanaraq bizim cəmiyyəti ən ideal auditoriya kimi qiymətləndirirlər. Bu səbəbdən bazara təsir göstərmək onlar üçün asan olur. Şirkətlər hər dəfə yeni telefon istehsal etdikdə onda heç bir ciddi dəyişiklik etmir. Bunun sadəcə adı var - “iPhone işlədirəm”. Özünü başqalarına göstərmək, digərlərindən üstün görünmək, müsbət mənəvi keyfiyyətləri olmayan insanlar maddi nəsnələrdən mədət umurlar. İnsanın qabiliyyəti, istedadı, savadı, intellekti olmayanda, məcburdur ki, bahalı maşın, geyim, qızıl, telefonla öyünsün. Borc-xərclə lazımsız yerə bahalı telefon almaq xəstə təfəkkürün məhsuludur. Son model telefonlarda olan funksiyaların çoxunu heç insanlarımız istifadə etmir. Hamı internetə, sosial şəbəkələrə girir, mesaj göndərir, şəkil şəkir. Bunlar 500-600 manatlıq telefonlarda da var. Ehtiyac olmadığı təqdirdə 3000-5000 manatı telefona verməyi başa düşə bilmirəm. Kreditə, borca girirlər, özlərini çətin vəziyyətə salırlar. Onuncu dərəcəli bir ehtiyacı gətirib, birinci yerə qoyurlar. İmkanlı şəxsləri hardasa başa düşmək olar. Adamın pulu çoxdur, nəyəsə xərcləməlidir. Öz işidir. Pulunu çölə atmayacaq ki?! Və yaxud rüşvətlə, haram yollarla pul qazanıb, varlanan insanın pulunu hara xərcləməsinin onun üçün bir önəmi yoxdur”.

E.Bayramlı belə hesab edir ki, cəmiyyətin aparıcı qüvvələri nümunə olmalıdır:

“Telefonla özünü başqalarına göstərmək şəxsiyyətin deqradasiyasıdır. Ziyalılar, söz sahibi insanlar cəmiyyətə nümunə olmalıdır. Necə ki, Avropada tanınmışlar, dövlət adamları sadə həyat yaşayır, ictimai nəqliyyatdan istifadə edir. Bizdə də cəmiyyətin nüfuzedici təbəqəsi insanlara örnək olmalıdır. İnsanlar görür ki, ölkədə insana ağlına, biliyinə görə deyil, bahalı kostyumuna, ayaqqabısına, sürdüyü maşına, işlətdiyi nömrəyə görə qiymət verirlər, təbii olaraq hər kəs əlində “iPhone 17” ilə gəzmək istəyir. Bu cür psixologiyaya əsaslanan davranışlarımız məhz sosial xüsusiyyətlərimizdən irəli gəlir. Ümid edirəm ki, gələcəkdə insanlarımız daha rasional və praqmatik düşünməyi bacaracaq, nəticədə isə belə ötəri, amma maliyyə itkisinə səbəb olan təşəbbüslərdən uzaq duracaqlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri