Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qara eynəkli “demokrat”: “Xəstə təfəkkürün məhsulu...”

Qara eynəkli “demokrat”: “Xəstə təfəkkürün məhsulu...”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Əli Kərimli bu ölkədə baş verən bütün hadisələrə yalnız qara eynəklə baxmağa vərdiş edib. Artıq 30 ildən çoxdur ki, o, hakimiyyətə müxalif olmaq istəyir, amma bu məqsədinə çata bilmir".

Bunu "Cebheinfo.az"-a açıqlamasında sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.Onun sözlərinə görə, bunun əsas səbəbi isə onun və onun kimilərin seçdiyi yolun düzgün olmamasıdır.

"Əgər onlar həqiqətən sağlam və konstruktiv müxalifət ola bilsəydilər, bu gün ölkədə daha çox iş görülər, daha sürətli inkişaf müşahidə olunardı.
Unutmamalıyıq ki, hər bir hökumətə sağlam müxalifət lazımdır. Müxalif fikir düzgün inkişaf yolunun tapılması üçün vacib stimul rolunu oynayır. Təəssüf ki, Əli Kərimli və onun ətrafındakılar bu rolu daşıya bilmir. Onların siyasi yanaşması və münasibəti buna imkan vermir.

Məsələn, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər onların baxışında dəyərsizləşdirilir. Elə bil Qarabağ onların əcdadları tərəfindən azad edilib. Belə böyük bir uğuru belə qara rəngdə görən insanların ölkədə baş verən digər müsbət hadisələrə obyektiv qiymət verməsi mümkün deyil. Müharibə zamanı bəziləri "Əgər İlham Əliyev Qarabağı geri qaytarsa, onun ömürlük prezident seçilməsinə səs verəcəyik" və ya "Gedib onun qapısında işləməyə hazırıq" deyirdilər. Prezident Qarabağı azad etdi, bəs nə üçün bu vədlərə əməl edilmədi? Çünki bu sözlər səmimi deyildi, onlar sadəcə ritorikadan ibarət idi".

Fikrət Yusifov vurğulayıb ki, bu ölkədə təkcə mitinqlər keçirmək deyil, eyni zamanda konstruktiv və sağlam müxalif mövqe tutmaq vacibdir: 

"Bugünkü Azərbaycan hakimiyyətinin də bu cür müxalifətə ehtiyacı var. Sağlam müxalifət öz proqramını təqdim etməli, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı təkliflər irəli sürməlidir.Əvəzində isə söyüş və təhqir dilini siyasi ritorikaya çevirmək, sadəcə olaraq zəiflik və acizlikdir. Xarizması olmayan birini milli qəhrəman kimi təqdim etmək cəhdləri də nəticəsiz və əbəsdir.

Bu gün Azərbaycan ictimai-siyasi sabitliklə seçilən bir ölkədir. Bəli, heç bir hökumət problemlərsiz deyil və Azərbaycan hökumətinin də qarşısında həllini gözləyən məsələlər var. Biz müstəqil mütəxəssislər və tədqiqatçılar zaman-zaman bu problemlərin həlli ilə bağlı hökumətə çağırışlar edir, təkliflər təqdim edirik və bu təkliflərin əksəriyyəti də nəzərə alınır. Cəmiyyət belə inkişaf edə bilər, dövlət belə güclənə bilər. Hökumətin hər bir addımını qara rəngdə görmək isə sadəcə xəstə təfəkkürün məhsulu ola bilər".

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: Əli Kərimli Fikrət Yusifov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri