Borçalıda süni intellekt və proqramlaşdırma ilə bağlı təqdimat
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində süni intellekt və proqramlaşdırma mövzusunda maarifləndirici görüş keçirilib. Mərkəzin təsisçisi və direktoru Rezo Həsənov təlimçilərə və gənclərə müasir dövrdə süni intellekt və proqramlaşdırmanın əhəmiyyətindən danışıb.
O, bu sahələr üzrə maarifləndirici görüşlərin və təlimlərin keçirilməsinin gənclərin bilik və bacarıqlarının artırılması baxımından vacib olduğunu, süni intellektdən düzgün, məqsədyönlü və məsuliyyətli istifadənin əhəmiyyətini vurğulayıb, bu texnologiyaların təhsil, araşdırma və gündəlik həyatda səmərəli imkanlar yaratdığını qeyd edib.
İnnovasiya və Texnologiya Mərkəzinin üzvləri Nurlan Bədəlov, Kənan Həsənov və Bağda Əliyeva süni intellekt və proqramlaşdırma ilə bağlı hazırladıqları təqdimatla çıxış ediblər. İştirakçılara bu sahələr haqqında ətraflı məlumat verilib, gənclərlə birlikdə praktiki tapşırıqlar da yerinə yetirilib. Gənclər təlimçilərə onları maraqlandıran sualları ünvanlayıblar.
Qeyd edək ki,görüşün əsas məqsədi gənclərin süni intellekt və proqramlaşdırma sahəsində biliklərini artırmaq, onların müasir texnologiyalara marağını gücləndirmək və bu imkanlardan düzgün istifadə bacarıqlarını inkişaf etdirmək olub.
P.ƏMİRCANOV
XQ
Baxış sayı:95
Bu xəbər 26 Oktyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















