Icma.az
close
up
RU
Borcluların nəzərinə: bu qaydaları mütləq bilməsiniz!

Borcluların nəzərinə: bu qaydaları mütləq bilməsiniz!

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“2026-cı ildən yaşayış minimumu ölkə üzrə 300 manat (hazırda 285), əmək qabiliyyətli əhali üçün 317 manat (hazırda 305), pensiyaçılar üçün 245 manat (hazırda 232), uşaqlar üçün 260 manat (hazırda 246) məbləğində müəyyən olacaq. Bu məbləğlər əlbəttə ki, azdır”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı, hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, borcun məbləğindən asılı olmayaraq şəxsin özünə və himayəsində olan şəxslərə gəlirin heç olmasa yaşayış minimumu hissəsi saxlanılmalıdır:

“Yəni məhkəmə və icra məmurları borclu vətəndaşdan tələbkarın (bank və sair) xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər. Tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, 2026-cı ildə onların yaşayış minimumu 1154 (317+317+260+260) manat olacaq. Deməli, vətəndaşın xalis gəliri (əməkhaqqı) 1154 manatdan məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər. Məsələn, 1200 manatdırsa, ayda cəmi 46 manat tutula bilər. Azdırsa, heç nə tutula bilməz. Söhbət pensiyaçıdan gedirsə, onun 245 manatı toxunulmaz qalmalıdır.

Çünki “Yaşayış minimumu haqqında” Qanunun 2-ci maddəsinə əsasən yaşayış minimumundan o cümlədən bu məqsəd üçün istifadə olunur: “fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında”. “İcbari ödəniş”in tərifi qanunvericilikdə yoxdur. Buna görə də vətəndaşdan məhkəmə və ya icraçının qərarı əsasında məcburi tutulan hər hansı məbləğ icbari ödənişdir. Əks mövqe varsa, hüquqi akta istinadən əsaslandırılmalıdır. İcbari ödənişi yalnız dövlət orqanı tuta bilər. Bu, məhkəmə və ya icra məmurudur. Sözügedən qanun da əsas verir ki, vətəndaş yaşayış minimumundan həmin icbari ödənişə cəlb edilməyən həddin əsaslandırılmasında istifadə etsin. Bu hüquqi arqumentə əsasən borclular haqqını tələb edə bilərlər”.

İqtisadçı bildirib ki, yaşayış minimumu aylıq zərurəti təmin edən məbləğdir:

“Reallıqda icra məmurları borclu vətəndaşların gəlirinin yarısını tutaraq yaşayış minimumuna hüququnu pozur, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də buna göz yumur.  “İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Yəni gəlirin mütləq yarısı tutulmalı deyil. 50 faiz maksimal məbləğdir. Yaşayış minimumu toxunulmaz olmalıdır!

Odur ki, vətəndaşdan (himayəsində olan şəxslərlə bərabər) yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, şikayət etməlidir. Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşını hər bir halda qorusun. Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Noyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri