Bayram günlərində borcluların işığı kəsiləcək?
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qarşıdan Novruz və Ramazan bayramları gəlir.
Bayram günlərində əhali üçün vacib olan məsələlərdən biri də kommunal xidmətlərdir. Onu da qeyd edək ki, vətəndaşlar vaxtında kommunal ximətlərə görə ödəniş etdikdə, bu sahədə problemi yaranmır. Borcu olan abonentlərə isə kommunal xidmət dayandırılır.
Bayram günlərində borclu olan abonentlərə xidmət dayandırılacaqmı?
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən “Cebheinfo.az”-a bildirilib ki, qurumun missiyası istehlakçıları fasiləsiz, keyfiyyətli, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təmin etməkdir:
“Elektrik enerjisinin dəyərini vaxtında və tam ödəmək cəmiyyətə və mühitə olan məsuliyyətin bir hissəsi kimi qəbul edilə bilər. Bu, enerjidən istifadəni daha məsuliyyətli və davamlı edir. Abonentlər vaxtında borclarını ödəməlidirlər. Vaxtında bu vəsaitin ödənməməsi abonentin borcunun daha da artmasına gətirib çıxarır ki, bu da abonent üçün çətinlik yaradır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Baxış sayı:118
Bu xəbər 18 Mart 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















