Icma.az
close
up
RU
Boris Xetaqurovun kitabının təqdimatı keçirildi

Boris Xetaqurovun kitabının təqdimatı keçirildi

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimatı keçirilib. Sport24.az xəbər verir ki, tədbir Azərbaycan İdman Akademiyasında baş tutub.

Təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, veteran futbolçular və digər şəxslər iştirak ediblər.

İlk olaraq Boris Xeqaqurovun 50 illik karyerası haqqında məlumat verilib və videoçarx təqdim olunub.

Fərid Qayıbov çıxış edərək tədbir iştirakçılarını salamlayıb.

O, tanınmış idman həkiminin öz sahəsində peşəkar olduğunu deyib:

"Belə tədbirlər veteranlar və gənclər üçün çox vacibdir. Veteranların təcrübələrini bölüşməsi önəmlidir. Bu kitabda çox maraqlı hadisələr əks olunub. Boris müəllim vaxtı ilə buradakı veteran oyunçulara da dəstək olub. Hamısını yaxından tanıyır. "Neftçi" kimi komandada illərdir çalışmaq onun üçün şərəfdir. Boris Xetaqurov milli komandamızda da çalışıb. Onun haqqında çox danışa bilərəm. İndiki dönəmdə də bəzi həkimlərə məsləhətlərini verir. İdman həkimi deyəndə hamı Boris Xetaqurovu yada salır. Sizə təşəkkür edirəm".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftadinova İdmançının həyatında həkimlərin rolunun böyük olduğunu söyləyib:

"Böyük idmanda zədələr qaçılmazdır. Boris müəllimə can sağlığı və uzun ömür arzulayıram. Gənc nəsil üçün nümunəsiniz".

Veteran futbolçu, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev Boris Xetaqurovun gəncliyini futbola həsr etdiyini vurğulayıb:

"Kitabın ərsəyə gəlməsində dəstək olduğu üçün Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. 90 yaşında növbəti kitabı təqdim etməyinizi arzulayıram".

Digər veteran futbolçu Nazim Süleymanov B.Xetaqurovla bağlı xatirələrini bölüşüb:

"O, "Neftçi" ilə birlikdə tarixi nailiyyətlərə imza atıb. Ondan çox şey öyrənmişəm. 2004-cü ildə də bir komandada işləmişik. Belə gözəl insanla birlikdə çalışdıq. Bu gün Azərbaycan futbolunda, idmanında əlamətdar gündür. O, öz təcrübəsini kitabda bölüşüb. Boris Xetaqurov haqqında çox danışmaq olar. Ölkə idmanında həkimlərin də böyük əməyi var. Sizi təbrik edirəm və can sağlığı arzu edirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sport24.az
archiveBu xəbər 06 May 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri