Icma.az
close
up
RU
Xetaqurovun yetişməyən məktubları KÖŞƏ

Xetaqurovun yetişməyən məktubları KÖŞƏ

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 29-da dünya şöhrətli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun 100 illik yubileyi idi. 1966-cı ildə keçirilən dünya çempionatında verdiyi qətiyyətli qərar həmyerlimizi bütün dünyaya tanıdıb. İngiltərə ilə Almaniya arasında keçirilən final oyununun 110-cu dəqiqəsində Ceff Herstin zərbəsindən sonra top qapı tirinə dəyib meydana qayıdır. Oyunun baş hakimi, isveçrəli Qottfrid Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirir və bu məqamda nəzərlər azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramova çevrilir. Onun jestləri isə ingilisləri sevincə boğur, almanları qəzəbləndirir. Çünki Bəhramov jestləri ilə topun qapı xəttini keçdiyini bildirir, qolun qeydə alınması üçün mərkəzi işarə edir.

Bütün dünya həmin gündən azərbaycanlı futbol hakiminin qətiyyətini görür, bu hadisədən sonra Tofiq Bəhramov adını dünya futbolunun tarixinə yazdırır. Onun 100 illik yubileyi çox sönük, adına, şöhrətinə layiq olmayan şəkildə keçirildi. Necə ki, heykəlini adını daşıyan stadionun mərkəzi girişindən götürüb, künc-bucaqda gizlədiblər. İndi həmin adamlardan biz Tofiq Bəhramova hansısa qiymət vermələrini necə gözləyə bilərik? Azərbaycanda futbol hakimlərinə rəhbərlik edilməsi illərdi əcnəbilərə tapşırılır. Elə bunun özü həm hakimliyimizin tarixinə, həm də Tofiq Bəhramovun ruhuna hörmətsizlikdi. Necə ki, dahi Anatoli Banişevski bu dünyadan ad-sanına layiq olmayan şəkildə, tənha və unudulmuş şəkildə köçdü. O cür münasibət də Azərbaycan futbolunun digər tanınmış simalarına, ömrünü ölkə futbolu üçün xərcləyənlərə göstərilir.
Şair “sağlığında qiymət verin insanlara” deyib. Təəssüf ki, illər ərzində AFFA Azərbaycan futbolunun dəyərlərinə nə sağlığında, nə də dünyasını dəyişəndən sonra normal münasibət göstərmir, onlara qiymət vermir. Bəlkə də bunu istəmir. Yanvarın ilk günlərində “İdman” TV-də futbolumuzun daha bir əfsanəsi, tanınmış həkim Boris Xetaqurova həsr olunan film nümayiş etdirildi. Gələcək nəsillərin Xetaqurovu tanıması, bu fədakar insanın yaddaşlardan silinməməsi üçün atılmış addımı dəstəkləyirəm. Adam ömrünü azərbaycanlı futbolçuların səhhətinin keşiyində dayanmağa həsr edib. Rəhmətlik Fuad Musayev kimi heç bir iddiası da yoxdu, tək istəyi onun təcrübəsindən ölkə futbolu üçün yararlanmaqdı. Amma 17 ildi ukraynalı Vyaçeslav Xomenkonu milli komandamızın baş həkimi kimi ovcunun içində saxlayan AFFA üçün Xetaqurovun fikirlərinin heç bir önəmi yoxdu. Bu yaxınlarda Xetaqurov Xomenkoya məktub yazıb. Öz xahişini etməyib, iki dəyərli mütəxəssis, azərbaycanlı kadrlar Rahim Məhərrəmovla Faiq Hüseynovun milli komandaya cəlb olunmasını istəyib. Ukraynalı Xomenko Xetaqurova cavabında hər iki mütəxəssisi yaxşı tanıdığını, onların bilik və bacarığına bələd olduğunu bildirib. Amma məktubunun sonunda təəssüflə qeyd edib ki, onların işə götürülməsi milli komandanın baş həkiminin səlahiyyətində deyil.
Xomenko ad çəkməsə də, işarəni hara vurduğu məlum məsələdi. Demək istəyir ki, mən sizin futbolda kənar şəxsəm, problemlərinizi öz aranızda həll edin. Yəni ki, kiməsə iş vermək, etimad göstərmək AFFA-nın səlahiyyətində olan məsələdi. Belə çıxır ki, milli komandada əcnəbi məşqçinin olduğu kimi, hakimlərə gəlmə mütəxəssisin rəhbərlik etdiyi kimi, həkimlərin də əcnəbi olmasında AFFA maraqlıdı. Azərbaycanlı tibb mütəxəssislərinə futbolçuların səhhətinin qayğısına qalmağı etibar etmək olmaz. Halbuki Rahim Məhərrəmov illərdi “Qəbələdə” çalışıb, indi də “Sabah”da işinə davam edir. Neçə-neçə legioner futbolçunun zədəsini sağaldıb. Elə Faiq Hüseynov da onun kimi. Futbolumuzun ən çətin, pulsuz günlərində məhz Faiq bəy Xetaqurovun həkim briqadasına daxil olub, məhdud imkanlarla futbolumuza xidmət edib. Onun peşəkarlığından, bacarığından uzun müddət ərəblər də faydalanıb, bir çox ərəb klublarında çalışan Faiq bəy doğma vətənində etimad görmür. Özü etiraf etməsə də, mən bilirəm ki, illər öncə şəxsən AFFA-ya iş üçün müraciət edib və qəribə cavab alıb:

“Sizin məlumatlarınızı kadr bankına daxil etmişik, müvafiq vakansiya olanda əlaqə saxlayarıq”.


Təsəvvür edirsiz? İllərini bu sahəyə həsr edən tibb mütəxəssislərini AFFA görməzdən gəlir, onları heçə sayır. Əksi olsaydı, Xomenkoya başda yer verənlər azərbaycanlı mütəxəssislərə də hörmət göstərər, onların bilik və bacarığından yararlanardılar. Heç olmasa, aşağı yaş qruplarında bunu etmək mümkün idi. Ola bilsin ki, AFFA-ya rəhbərlik edənlər futboldan bixəbərdilər, əsl mütəxəssisləri tanımırlar. Onlara məsləhət görərdim ki, Xetaqurovun məktublarını oxusunlar, nəticə çıxarsınlar. Elə edin ki, sonra peşman olmayasız. Şair demişkən, sağlığında qiymət verin insanlara!
AMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri