Borussiya nın ittihamı əsassızdır Barselona narahat olmaya bilər
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Olimpiya Stadionu UEFA Çempionlar Liqası "Sabah" - "Borussiya" matçından sonra qonaq komandanın səsləndirdiyi iddialara aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, arenanın sosial şəbəkə hesabında bununla bağlı ppaylaşım edilib:
"UEFA Çempionlar Liqası turnirinin Liqa mərhələsi çərçivəsində oktyabrın 20-də Bakı Olimpiya Stadionunda (BOS) keçirilmiş “Sabah” – “Borussiya Dortmund” (Almaniya) oyunundan sonra qonaq komandanın rəsmilərindən biri mətbuata verdiyi açıqlamada stadionun paltardəyişmə otaqlarında yerləşən duş kabinlərindən istifadə etmədiklərini, BOS-un su təchizatı sistemində “legionella” bakteriyasının ola biləcəyi ehtimalını səsləndirmişdi. Hər hansı mənbəyə və ya laborator analizin nəticələrinə istinad olunmadan belə əsassız fikirlərin bildirilməsi təəccüb və təəssüf hissi keçirməyimizə səbəb olmuş, öz növbəmizdə mətbuata açıqlama verərək səslənən iddiaların həqiqəti əks etdirmədiyini, BOS-un su təchizatı sisteminin müvafiq keyfiyyət standartlarına cavab verdiyini, bu məsələ ilə bağlı arenanın qüvvədə olan sertifikata malik olduğunu vurğulamışdıq. Eyni zamanda, cari mövsümdə UEFA Çempionlar Liqası turniri çərçivəsində Bakı Olimpiya Stadionunda məşqlər və oyunlar keçirmiş “Sabah” və “Slaviya Praqa” (Çexiya) komandaları tərəfindən bu məsələ ilə əlaqədar hər hansı iradla qarşılaşmadığımızı bildirmişdik.
Bakı Olimpiya Stadionunun su təchizatı sisteminin standartlara cavab verdiyini təsdiqləyən və hazırda qüvvədə olan laborator analiz nəticələrinə malik olmağımıza baxmayaraq, bu məsələdə ictimaiyyətin əminliyini bir qədər də möhkəmləndirmək məqsədilə BOS-dan yenidən götürülmüş su nümunələrinin ayrı-ayrı laboratoriyalarda analizi aparılıb və nəticələr daha əvvəl səsləndirdiyimiz fikirləri növbəti dəfə təsdiqləyib. “MediClub” Tibb Klinikası və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”nin Mərkəzi Laboratoriyası tərəfindən aparılmış, mətnə əlavə olunmuş fotolardakı analiz nəticələri Bakı Olimpiya Stadionunun su təchizatı sistemində hər hansı problemin olmadığının növbəti sübutudur.
Necə deyərlər, “Borussiya Dortmund” klubunun nümayəndəsi tərəfindən bu məsələ ilə əlaqədar səsləndirilmiş fikir əsassızdır, “Barselona” isə mövzu ilə bağlı narahat olmaya bilər".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Noyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















