Icma.az
close
up
RU
“Boşan, gəl, öz həyatını yaşa, kiməsə corab yuyansan?!”

“Boşan, gəl, öz həyatını yaşa, kiməsə corab yuyansan?!”

Yenigundem portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü il üzrə Azərbaycanın boşanma statistikası artım göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk 2 ayında 6,739 nikah və 3,456 boşanma qeydə alınıb. Hər 1,000 nəfərə düşən nikahların sayı 4.6-dan 4.0-a düşüb, boşanmalar isə 1.8-dən 2.1-ə yüksəlib.

Azərbaycan üçün son illərdə boşanmalarla bağlı statistik məlumatlar qadınların daha çox müraciət etdiyini göstərir.

Bəs niyə ən çox qadınlar boşanmaq üçün müraciət edir? Bu nə ilə bağlıdır? Məsələni yenisabah.az-a şərh edən psixoloq Vüsalə Rüstəm bildirib ki, qadınların yaxın keçmişdə ailə ilə bağlı anlayışları tam fərqli idi:

“Valideynlər övladını ər evinə yola saldıqda artıq hərəkət etmə, başımızı aşağı əymə və sən nə edirsən et bil ki, oradan (ər evindən) ancaq ağ kəfəndə çıxa bilərsən deyirdilər. Bu sözlər qadının çiyninə ailə məsuliyyətini yükləyirdi. Nənələrimiz isə hər zaman “yuvanı dişi quş düzəldir” deyərdilər. Boşanmış qadın ifadəsi hər kəs üçün çox ağır ifadə sayılırdı. İndi isə mənzərə çox fərqlidir. Qadınlar ailədə olan kiçik bir anlaşılmazlığa belə davam gətirmir, qarşı cins isə “mən boşanıram” deyən qadını bu fikirdən uzaqlaşdırmaq üçün isə heç bir iş görmür. Sadəcə “boşanırsan, boşan” deyərək sakitcə baş verənləri izləyirlər. Ailə və rəfiqə çevrəsindən mənəvi dəstək alan çox qadın asanlıqla bu addımı atır. Boşanarkən övladının hansı psixoloji çətinliklərlə qarşılaşacağı belə çoxunun vecinə olmur. Dağılmış ailələrdəki uşaqların çoxu travma alır, gələcək ailələrində də eyni problemləri yaşayırlar”.

Psixoloq vurğulayır ki, evlənən cütlüklər ailə qurarkən hər şeyin yaxşı getməyəcəyini, çətinliklər olacağını, bəzən birinin hirslənib kobudluq edəcəyini bilib ağla gələn və gəlməyən çətinlikliklərdə bərabər olacaqlarsa, bu addımı atmalıdırlar:

“Övlad dünyaya gələndən sonra nə ana, nə də ata öz kefi üçün yaşaya bilməz. Onların buna mənəvi  haqqı çatmır. Boşanan ailələrdə nəzarətsizlikdən uşaqların başına gələn hadisələri onlarla işləyən mütəxəssislər bilir. Valideyn olmaq ən böyük mənəvi yük və vəzifədir. Qız anasının “boşan, gəl, öz həyatını yaşa, sən kiməsə corab yuyansan?!” deyərək ona dəstək durması gələcək körpələri təhlükənin qucağına atır. Kim nə deyir desin, tək olan valideynlər uşaqları qoruya bilmir”.

V.Rüstəm onu da qeyd edib ki, bəzən boşanmaq üçün çox ciddi səbəblər olur ki, bunlar da danılmaz faktdır:

“Adam əgər psixi xəstədirsə, qadını döyürsə, narkotik, alkqol istifadəçisidirsə, o zaman qadın uşaqları həmin mühitdən xilas etmək üçün boşana bilər. Əks halda, bu addımı atmaq yanlışdır. Qadınların boşanmağa getməsinin isə tək  səbəbi mənəvi olaraq daha güclü olması, çətinliklər qarşısında dayana bilmələridir. Heç bir kişi qurduğu sakit, rahat ailə mühitini dağıtmır və dağıtmaq istəmir. Qadınlar isə daha tez qərar verir. Bu qərarı verən zaman ona “dur” deməyi bacaran və fikrindən yayındıran kişi lazımdır ki, qadın yanlış qərar verməsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 21 Noyabr 2024 03:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri