Icma.az
close
up
RU
Boşandığı üçün ailəsini öldürmək istəyirmiş Dayısı arvadı xilas ola bilməyib...

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş Dayısı arvadı xilas ola bilməyib...

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncədə dayısı arvadını öldürərək dayısının arvadına ağır xəsarət yetirən 43 yaşlı Rəşad Abbasov uzunmüddətli həbsə məhkum edilib.

“Qafqazinfo” istintaq materiallarından sözügedən hadisənin necə baş verdiyini öyrənib.

Araşdırma nəticəsində məlum olub ki, hadisənin kökündə uzun illər davam edən ailədaxili münaqişələr dayanıb.

Rəşad ifadəsində deyib ki, qohumları bir neçə dəfə barışıq və ayrı ev vədi versələr də, heç biri reallaşmayıb. Bu səbəbdən onunla həyat yoldaşı arasında münasibətlər soyuyub. Bu və digər səbəblər də yekunda boşanmaya gətirib çıxarıb. O, boşanmaya qədərki dövrdə dəfələrlə barışmağa cəhd göstərdiyini əlavə edib. Hətta dayısından həyat yoldaşı ilə barışıq üçün vasitəçilik xahiş etsə də, “danışdım, qayınanan razı deyil” cavabını alıb. Bu səbəbdən qəzəbi daha da artıb.

Rəşad əvvəlcə öz ata-anasını, qardaşını, onun arvadını öldürmək istəyib. Səbəb kimi isə sözügedən qohumların onun ailəsinin dağılmasında rolu olduğunu göstərib. O düşünüb ki, məhz qohumlarının təzyiqinə görə arvadından ayrılıb. Amma hadisə günü onlar evdə olmadığı üçün qisasını ala bilməyib. Hətta ailəsini öldürmək üçün evə çağırıb. Amma yenə də istəyinə nail ola bilməyib.

Təqsirləndirilən şəxs ifadəsində 10 ildən çox ailədaxili mübahisələri olduğunu qeyd edib: “Hər dəfə müxtəlif səbəblərdən həyat yoldaşımla ayrılırdıq. Bundan əlavə, mənim həyat yoldaşımla qardaşımın arvadı yola getmirdi. Boşanandan sonra isə mübahisələr daha da artdı. Evdəkilər həyat yoldaşımla barışdırılacağıma dair söz versələr də, heç bir tədbir görmədilər. Söz vermişdilər ki, mənə ayrıca ev verəcəklər. O da verilmədi. Bir dəfə dayımın yanına gedib barışıq etməsini xahiş etdim. Dedi ki, mümkün deyil. Ona görə ki, qayınanam razı deyil. Bu səbəbdən onların da mənim ailəmin dağılmasında rolu var”.

Ata-anasını, qardaşını və onun arvadını evə gətirə bilməyən Rəşad əsəbi halda dayısıgilə gedib. Elə hadisə də bu vaxt baş verib: “Evə girəndə dayımla arvadı birlikdə idi. Əvvəlcə dayımla mübahisə etdik, yerə yıxıldı. Yadımdadır ki, bu vaxt ona “özümü də, səni də öldürümmü? Niyə məni ailəmlə barışdırmırsan?” dedim. Düzdür, həmin vaxt əlimdə bıçaq da var idi. Amma onu vurmadım. Çünki heç kimi öldürmək istəmirdim”.

Məhkəmə təqsirləndirilən şəxsin bu sözlərini özünümüdafiə kimi qiymətləndirilib. İstintaqla müəyyən edilib ki, hadisə vaxtı Rəşadın dayısı öldürüləcəyindən qorxaraq pencərədən tullanıb. Kişi canını qurtara bilsə də, arvadı Ulduz Hüseynova xüsusi amansızlıqla öldürülüb.

Hadisədən sonra təqsirləndirilən şəxsin keçmiş arvadı da şahid qismində ifadə verib. O, Rəşadla 19 illik evlilikdən sonra elə hadisə baş verən ildə rəsmən boşandıqlarını deyib. Onun sözlərinə görə, ayrılma səbəbləri də qohumlararası ayrı-seçkilik olub. Məhz bu səbəbdən mütəmadi mübahisələr ediblər.

İş üzrə ifadə verən zərərçəkmişlər və digər şahidlər də verilmiş ittihama uyğun danışıblar.

Hökmə əsasən, R.Abbasova 19 il həbs cəzası verilib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri