Icma.az
close
up
RU
Quru sərhədləri bağlı saxlayıb turizmi prioritet elan etmək mümkün deyil Natiq Cəfərli

Quru sərhədləri bağlı saxlayıb turizmi prioritet elan etmək mümkün deyil Natiq Cəfərli

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Hökumət illər öncə aqrar sahəni və turizmi prioritet elan etmişdi, guya, bu sahələrdə ciddi artım olacaqdı, ölkəyə valyuta axacaqdı. İqtisadiyyatın bir çox sahəsində olduğu kimi, bu iki istiqamət üzrə də atılan addımlar əks-effekt verdi, hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı. 

“Sherg.az” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial media hesabında paylaşım edib. 

İqtisadçı qeyd edib ki, quru sərhədlərini heç bir səbəb olmadan bağlı saxlayıb turizmi prioritet elan etmək, inkişaf etdirmək mümkün deyil: “2019-cu il ilə müqaisədə 2024-də ölkəyə, az qala, 2 dəfə daha az turist gəlib, bu inkar olunmaz sübutdur ki, bağlı sərhədlər ölkə iqtisadiyyatına, turizmə, hətta vətəndaşın psixoloji durumuna mənfi təsir edir. 

Gələk aqrar sahəyə - bizim coğrafiyada əsrlərdir ki, maldarlıq ən çox yayılan, insanımızın ən çox bacardığı sahələrdən biri idi. Lakin aparılan yanlış siyasət nəticəsində bu sahədə ciddi tənəzzül yaşanır, iri buynuzlu mal-qara, qoyun-keçi sayı kəskin azalır. Aidiyyatı qurumlar isə seyrici qalıb, səbəbini araşdımır, bu qorxulu tendensiyanın qarşısını almaq üçün hansısa addım atmır.

Azərbaycanda 2021-ci ilin yanvarında 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, 2025-ci ilin oktyabrında bu göstərici 6 milyon 763,7 min başa enib – bu 1 milyon 326 min baş və ya 16,4 faiz azalma deməkdir. 2021-ci ilin yanvarında qoyun ətinin ölkədə orta qiyməti 11 manat 90 qəpik idi, 2025-ci ilin avqustun birinə rəsmi, bir daha, rəsmi rəqəmlərə görə qoyun ətinin orta qiyməti 18 manat 70 qəpiyə yüksəlib. 

2025-cü ilin ilk 10 ayında ölkəyə idxal edilən dondurulmuş qoyun ətinin həcmi 291,16 tona yüksəlib, bu da illik müqayisədə 65% artımdır. İdxalın əsas hissəsi – 244,66 ton Monqolustanın payına düşüb. Oktyabrdan etibarən Azərbaycana Somalidən də 46,5 ton dondurulmuş qoyun əti gətirilib. Aclıq içində olan Somalidən ət idxal edən vəziyyətə düşmüşük. 

Bu hələ dondurulmuş ətdir, dahası da var: bu ilin ilk 10 ayında Rusiya və Gürcüstandan ümumilikdə 289 min baş diri qoyun gətirilib ki, keçən ilin eyni dövrünü 89% üstələyir. Diri qoyunların idxalı ölkədən ümumilikdə 31,4 milyon dollarlıq valyuta çıxmasına səbəb olub”. 

N. Cəfərli qeyd edib ki, Gürcüstandan gətirələn diri qoyunları həmin ölkədə yaşayan soydaşlarımız yetişdirir, əsasən, Gürcüstan türklərinin yaşadığı bölgələr maldarlıqla, heyvandarlıqla məşğul olurlar: “Yəni, Gürcüstanda yaşayan soydaşımız qoyun-keçi, mal-qara saxlmağı, artırmağı bilir, yerli bazarı da təmin edir, Azərbaycana da satır, amma, bizim məmləkətdə yaşayan bunu edə bilmir – niyə, çünki, iqtisadi sistem fərqlidir. Gürcüstan insanın maraqlarını idarə edir, Azərbaycan isə insanın özünü idarə etməyə çalışır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri