Icma.az
close
up
RU
KEÇMİŞ NAZİR HEYDƏR ƏLİYEVLƏ BAĞLI XATİRƏLƏRİNİ DANIŞIR “Onun ilk görüşdəki tövsiyələri həyat yolumda əsas prinsiplərə çevrildi” (VİDEO)

KEÇMİŞ NAZİR HEYDƏR ƏLİYEVLƏ BAĞLI XATİRƏLƏRİNİ DANIŞIR “Onun ilk görüşdəki tövsiyələri həyat yolumda əsas prinsiplərə çevrildi” (VİDEO)

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1949-cu ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olan Məmməd Abbasov uzun illər Naxçıvan Muxtar Respublikasında yüksək dövlət vəzifələrində çalışıb. O, 22 il Naxçıvan MR Nazirlər Kabinetində Baş nazirin müavini və kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərib.

M. Abbasov "ARB" kanalına müsahibəsində Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən söz açıb.

O, qeyd edib ki, həyat yolunda Ulu Öndər Heydər Əliyevlə birbaşa ünsiyyətdə olmaq onun üçün taleyin qisməti olub.

Məmməd Abbasov Heydər Əliyevlə ilk görüşünün 1982-ci ilə təsadüf etdiyini bildirir. Həmin dövrdə Vilayət Partiya Komitəsinin kənd təsərrüfatı şöbəsinə işə qəbul olunarkən, Mərkəzi Komitədə təsdiq mərhələsində Heydər Əliyev onu şəxsən qəbul edib. Görüş zamanı Ulu Öndər Abbasovun şəxsi işini diqqətlə nəzərdən keçirib, tərcümeyi-halındakı hər detalı oxuyub və hətta onun doğulduğu Çərçiboğan kəndinin 1941–1945-ci illərdəki təsərrüfat vəziyyətini xatırlayıb. M.Abbasov bunu Heydər Əliyevin fenomenal yaddaşının bariz nümunəsi kimi qiymətləndirir.

Həmin görüşdə Ulu Öndər gənc kadr kimi ona ciddi tövsiyələr verib. O, vəzifə daşıyan şəxslərin davranışına, mənəvi məsuliyyətinə xüsusi diqqət yetirməli olduqlarını vurğulayıb, rüşvət və neqativ hallardan uzaq durmağın vacibliyini qeyd edib. M. Abbasov bildirir ki, bu tövsiyələr onun bütün həyat yolunda əsas prinsip olub.

1990-cı ildə Heydər Əliyevin Moskvadan qayıdaraq 20 Yanvar faciəsi ilə bağlı açıq mövqe ortaya qoyması, Qorbaçovun siyasətini tənqid etməsi, Abbasovun fikrincə, böyük siyasi cəsarətin göstəricisi idi. Bakıdakı soyuq münasibətdən sonra H. Əliyevin Naxçıvana gəlişi Muxtar Respublika əhalisi tərəfindən böyük sevinc və ümidlə qarşılandı.

M. Abbasovun sözlərinə görə, Heydər Əliyevin Naxçıvana gəlişi blokada, müharibə təhlükəsi və siyasi xaos şəraitində bölgəyə sabitlik gətirdi. 1991-ci ilin sentyabrında Ali Məclisin sədri seçilməsi Muxtar Respublikada real hakimiyyət boşluğunu aradan qaldırdı. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, üçrəngli Azərbaycan bayrağı rəsmi şəkildə qəbul olundu.


Heydər Əliyevin rəhbərliyi dövründə Naxçıvanda Türkiyə və İranla əlaqələr quruldu, 100 milyon dollarlıq kredit cəlb edildi, enerji və ərzaq təhlükəsizliyi təmin olundu. M. Abbasov qeyd edir ki, bu yardımlar olmasaydı, Muxtar Respublikada aclıq təhlükəsi real idi. Eyni zamanda, Milli ordunun təməli məhz Naxçıvanda qoyuldu, rus qoşunlarının bölgədən çıxarılması problemsiz həyata keçirildi.

Məmməd Abbasov vurğulayır ki, aqrar islahatların da əsası ilk dəfə Naxçıvanda qoyulub və sonradan bu təcrübə ümumrespublika miqyasında tətbiq edilib. Bütün bu proseslər Heydər Əliyevin böyük dövlət xadimi kimi strateji düşüncəsinin nəticəsi idi. Onun sözlərinə görə, 1993-cü ildə Heydər Əliyevin Bakıya dəvət olunması və sonrakı hadisələr Azərbaycanın müstəqilliyini qoruyan əsas dönüş nöqtəsi oldu. 1994-cü ildə atəşkəsin imzalanması, “Əsrin müqaviləsi” və güclü ordunun yaradılması isə son nəticədə Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxardı.

“Biz bu gün müstəqil, güclü Azərbaycanın şahidiyiksə, bu, Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir”, – deyə Məmməd Abbasov qeyd edir.

Müsahibənin davamını videodan izləyə bilərsiz: 

Elvin Bəyməmmədli 

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri