Boşanma və tək övladlı ailələr Azərbaycan təhsilinə necə təsir edir? EKSPERT DANIŞDI
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan məktəblərində yeni tədris ili başlayıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2025–2026-cı tədris ilində ümumilikdə 1,6 milyona yaxın şagird məktəbə gedəcək.
Lakin statistik göstəricilər göstərir ki, Azərbaycanda 1-ci sinfə qəbul olunan uşaqların sayı sürətlə azalır.
Gununsesi.info-ya danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, boşanma hallarının artması, oğlan uşağı istəyi, və tək övladlı ailələrin çoxalması əhalinin təbii artımını ciddi şəkildə azaldır:
“Son 7 tədris ili ərzində I sinfə qəbul olunan uşaqların sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. 2019-2020-ci tədris ilində 159 min 644 uşaq I sinfə qəbul olmuşdusa, 2025-2026-cı tədris ilində bu rəqəm artıq 130 minə enmişdir. Bu azalmanın demoqrafik vəziyyətə mənfi təsir edəcəyini nəzərə alaraq, aidiyyatı qurumlar bu məsələyə diqqətlə yanaşmalıdırlar”.
Ekspert qeyd edib ki, bu tendensiya gələcəkdə təhsil sahəsində də ciddi problemlərə yol açacaqdır:
“Xüsusilə, əhalinin gənc nəsilinin sayının azalması, məktəblərin fəaliyyətinə və ümumi təhsil səviyyəsinin yüksəlməsinə təsir edə bilər. Bu məsələlərin həlli üçün əhalinin artımına yönəlik sosial siyasətlərin gücləndirilməsi və demoqrafik mühitin müsbət istiqamətdə inkişafı vacibdir”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 16 Sentyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















