Icma.az
close
up
RU
Boşanma statistikası bizim gəncləri qorxudur Sosioloq DANIŞDI

Boşanma statistikası bizim gəncləri qorxudur Sosioloq DANIŞDI

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Bəzi insanlar gənc yaşda ailə həyatı qururlar, bəziləri isə bunun əksinə, gec yaşda ailə qururlar.

Bu, daha çox insanların seçimindən asılıdır, yoxsa sosial vəziyyətlə əlaqəlidir? 

Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, ailə qurmaq insanların seçimidir:

"Amma biz statistikaya baxanda görürük ki, evlənmə yaşı gənclər arasında artıb. Azərbaycanın ənənəvi cəmiyyətində belə bir stereotip var idi ki, “tez duranla tez evlənən udar”. Artıq bu yanaşma arxada qalır. İndi gənclər daha çox təhsil almaq, karyerasını qurmaq, sonra ailə həyatı haqqında düşünürlər. Ona görə də evlənmə yaşı həm qızlar arasında, həm oğlanlar arasında artıb. Oğlanlar arasında təqribən 25-30, hətta 35 arası, qızlar arasında 23, 24, 25, 26 yaşda statistika özünü göstərir. Mənə elə gəlir ki, onlar düz yoldadır, çünki əvvəl əmək bazarında rəqabətə davamlı kadr olmağı bacarmalıdır, sonra karyera, mənzil məsələsini həll etməlidir.

Əfsuslar olsun ki, gənclərimiz arasında bir az da “subaylıq sindromu” yayılıb. Sanki Avropa ölkələrində və özəlliklə də Asiya ölkələrində -  Yaponiyada, Çində mövcud olan subaylıq sindromu bizim gənclərimizə də sirayət edib. Çünki həmin ölkələrdə bir növ gənclər öz ünsiyyət ehtiyaclarını onlayn formada, sosial şəbəkələr üzərindən reallaşdırdığına görə real ünsiyyətdən qaçırlar və buna görə də onlar arasında evlilik statistikası azalıb. Azərbaycanda da sanki bənzər statistika var. Bir qədər də Azərbaycanda gənclər boşanma qorxusuna görə evlənə bilmirlər. Boşanma statistikası bizim gəncləri qorxudur və onlar düşünür və fikirləşirlər ki, “biz də evlənsək boşanarıq”, buna görə də qorxurlar".

Sosioloq hesab edir ki, gənclərin məşğulluğu istiqamətində davamlı addımlar atmaq lazımdır:

"Gənclərin məşğulluğu təmin olunsa, mənzillənmə məsələsi təmin olunsa, güman edirəm ki, gənclərimizdə ailə qurmağa maraq artar. Bəzi hallarda erkən nikahlar da, tez evlənən gənclər də var. Bunların da bir tərəfdən səbəbi valideynlərin münasibəti olur. Bir tərəfdən də sosial şəbəkələr üzərindən tanışlıq və tez qərar vermə halı da var. Amma güman edirəm ki, bütün hallarda gənclər daha çox təhsil, karyera, mənzil məsələsini həll edib sonra ailə qursalar daha yaxşı olar. Çünki belə ailələr dayanıqlı olur və ağılla qurulan ailələr olur, nəinki emosional, tez qərar vermə ilə qurulan ailələr.

Bütövlükdə, biz çalışmalıyıq ki, gənclər arasında ailə dəyərlərini artıraq. Çünki bu, ölkəmiz üçün strateji bir məsələdir - demoqrafik artım, təbii artım məsələsidir. Bu, qardaş Türkiyədə də prioritet məsələsidir. Təsadüfi deyil ki, 2025-ci ildə Türkiyədə ailə ili elan olundu və gənc ailələr üçün bir çox üstünlüklər verildi. Belə ki, gənc ailələrin toy xərclərini bələdiyyələr və dövlət qurumları öz üzərinə götürdü. Gənc ailələrin mənzil təminatı üçün onlar faizsiz, güzəştli kreditlər ayırdılar. Hansı ki, gənc ailələr bu krediti dörd ildən sonra hissə-hissə, güzəştli şərtlərlə ödəməyə başlayacaqlar. Gənclər üçün məşğulluq marafonları təşkil olundu. Oxşar, bənzər hərəkətlər bizdə də daha böyük həcmdə tətbiq olunsa yaxşı olar. Əlbəttə, Azərbaycanda güzəştli mənzillər fondu var, ancaq o, gənclər və gənc ailələrin məhdud kateqoriyasını əhatə edir. Bunun sıralarını genişləndirmək olar".

Onun sözlərinə görə, özünüməşğulluq proqramlarında gənclərlə bağlı daha çox düşünmək olar:

"Çünki Azərbaycanda rəsmi statistikaya görə işsizlik 5,6 %-dır, amma gənclər arasında işsizlik 11 %-dən yuxarıdır. Hesab edirəm ki, gənclər üçün məşğulluqla bağlı əlavə dəstək layihələri də fikirləşməliyik ki, gənclər ailə qurmaqda maraqlı olsunlar. Region gənclərinə pay torpaqlarının verilməsində, mənzillənməsində yardım etmək olar ki, regionda gənclər qalsınlar, orada yaşasın, ailə qursunlar və paytaxta axın etməsinlər. Çünki təbii artım həmişə regionlarda çox olub. Amma əfsus ki, regionlardan paytaxta axın fonunda regionlarda da təbii artım aşağı düşüb.

Bütövlükdə, biz çalışmalıyıq ki, gənclər arasında ailə institutunun hörmətini, dəyərini artıraq və gənclər ailə qurmaqda maraqlı olsunlar ki, nəticədə ölkəmizin keyfiyyətli əhali saldosu artsın. Çünki dövlətlərin qüdrəti onların keyfiyyətli əhali saldosu ilə ölçülür".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri