Boşanma zamanı tərəflər arasında mübahisə doğuran əsas məsələlər hansılardır?
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Boşanmalar zamanı tərəflər arasında mübahisəli məsələlər, demək olar ki, həmişə mövcuddur, çünki evlilik münasibətləri yalnız emosional deyil, həm də hüquqi münasibətləri əhatə edir".
Bunu Newscenter.az-a hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, hüquqi baxımdan boşanma prosesi Azərbaycan Respublikasının Ailə Məcəlləsi və digər normativ hüquqi aktlar əsasında tənzimlənir:
"Əsasən tərəflər arasında mübahisə doğuran məsələlər üç istiqamətdə toplanır, uşaqların tərbiyəsi və saxlanması, əmlak bölgüsü və aliment ödənişləri. Uşaqların tərbiyəsi və saxlanması məsələsi boşanmalarda ən həssas mövzulardan biridir. Məcəllə uşaqların mənafeyinin qorunmasını əsas prinsiplərdən biri kimi qəbul edir. Uşaq harada qalacaq, valideynlərlə hansı nizamla görüşəcək, tərbiyə, təhsil və sağlamlıq xərcləri necə təmin olunacaq kimi suallar tərəflər arasında ciddi mübahisələrə səbəb olur".
Hüquqşünas deyib ki, qanunvericilikdə uşaq hüquqlarının qorunması prioritetdir və məhkəmələr qərar verərkən uşağın rifahını əsas meyar kimi götürür:
"Əmlak bölgüsü də tərəflər arasında mübahisələrin tez-tez baş verdiyi sahələrdən biridir. Ailə Məcəlləsinə görə, nikah dövründə əldə olunmuş əmlak ümumi mülkiyyət hesab olunur və boşanma zamanı tərəflər arasında bərabər hüquq əsasında bölünməlidir. Amma praktika göstərir ki, əmlakın qiymətləndirilməsi, hansı hissənin kimə aid olduğu və bölgü qaydası barədə razılığın əldə olunması çətinlik yaradır. Bu səbəbdən məhkəmələrdə ekspert qiymətləndirmələri və mülkiyyət sənədlərinin dəqiq araşdırılması mühüm rol oynayır. Aliment məsələləri də boşanmalar zamanı mübahisələrin əsas səbəblərindən biridir. Qanunvericilik valideynin övladına maddi dəstək verməsini tələb edir, lakin alimentin məbləği, ödəniş qaydası və müddəti barədə tərəflər arasında razılıq əldə olunmaya bilər. Burada məhkəmə uşağın yaşını, valideynlərin gəlirlərini və digər sosial-iqtisadi faktorları nəzərə alaraq qərar verir".
Əli İbrahimov vurğulayıb ki, boşanma prosesi hüquqi baxımdan mürəkkəbdir və tərəflər arasında emosional gərginliklərlə müşayiət olunur:
"Qanunvericilik mövcud çərçivədə uşaqların hüquqlarını qorumağı, əmlak və aliment məsələlərində ədalətli həll yollarını təmin etməyi hədəfləyir. Lakin praktiki olaraq, tərəflər arasında razılıq əldə olunmadıqda bu məsələlər məhkəmə müstəvisinə çıxır və qanuni prosedurların icrası tələb olunur".
Süleyman
Bu mövzuda digər xəbərlər:Boşanma zamanı qızıllar bölünürmü?
31 İyul 2025 12:47
Boşanma zamanı uşaq kimdə qalmalıdır?
26 May 2025 16:40
Boşanma zamanı qızıllar kimdə qalmalıdır?
02 Dekabr 2024 15:17
Bu əmlaklar boşanma zamanı ər arvad arasında bölünmür AÇIQLAMA
31 Oktyabr 2025 18:12
Boşanma zamanı övlad kimdə qalmalıdır? ŞƏRH
29 Sentyabr 2025 10:29
Baxış sayı:70
Bu xəbər 24 Noyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















