Icma.az
close
up
RU
Boşanmaların sayının artması TikTok və digər sosial şəbəkələrin bizə olan hədiyyəsidir Sosioloq

Boşanmaların sayının artması TikTok və digər sosial şəbəkələrin bizə olan hədiyyəsidir Sosioloq

Operativmedia saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrin, xüsusilə "TikTok"un uşaqlar və yeniyetmələr üzərindəki təsiri getdikcə daha da artmaqdadır. Bu platformalar, gənclərimizin həyatını formalaşdıran mühüm bir amilə çevrilib. "TikTok" platforması, yetkinlik yaşına çatmayan istifadəçilərin psixoloji rifahını qorumaq məqsədilə video çəkilişi zamanı gözəllik filtrlərindən istifadəyə qadağa qoymaq niyyətindədir. Bəs, sosial media cəmiyyətimizin vəziyyətə necə təsir göstərəcək? Ümumiyyətlə, bu sahədə hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı sosioloq Mətanət Məmmədova “Operativ Media”ya açıqlama verib. O bildirib ki, nəinki TikTok-dan, sosial şəbəkələrin hər birindən istifadə edilməsi uşaqların və yeniyetmələrin həyatına müxtəlif təsirlər göstərir: “Hazırda cəmiyyətimiz çox dəhşətli vəziyyətə gəlib çatıb. Artıq bizim uşaqlarımız, yeniyetmələrimiz və gənclərimiz, necə deyərlər, "əldən gedir". Onlar özümüzə məxsus adət-ənənələrimizi itirirlər. Bizim öz adətimiz, ənənəmiz və mentalitetimiz var. Artıq bunlar arxada qalır. Bizim uşaqlarımız xüsusilə Avropa ölkələrinin adətləri ilə böyüyür və hərəkət etməyə çalışırlar. Bu da gələcəkdə Azərbaycan cəmiyyəti üçün böyük problemlər yaradacaqdır.

"TikTok" platforması, yetkinlik yaşına çatmayan istifadəçilərin psixoloji rifahını qorumaq məqsədilə video çəkilişi zamanı gözəllik filtrlərindən istifadəyə qadağa qoyması, əslində o qədər də böyük bir addım deyil. Çünki 16 yaşına qədər gənclər yetkinlik yaşına çatmayan şəxslər hesab olunur. Onlar da bu filtrlərdən çox da istifadə edən təbəqə deyil. Bu filtrlər daha çox 25 yaşdan yuxarı şəxslər tərəfindən istifadə edilir. Ümumilikdə, şirkət yetkinlik yaşına çatmayan şəxslərə "TikTok"da qadağa qoymalıdır. Hazırda valideynlər "TikTok"da uşaqları ilə video çəkərək pul qazanırlar. Onları gəlir mənbəyinə çeviriblər. Bu platformaya yaş həddi qoyulmalıdır.

Sosioloq bildirib ki, bu gün Avstraliyada yeniyetmə şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi hazırlanır. Artıq qəbul olunub və bu qadağa gələn ildən qüvvəyə olacaq: "Bax, belə bir addım atılmalıdır. Bu addım təkcə "TikTok" üçün deyil, bütün sosial şəbəkələrə aid edilməlidir. Sosial şəbəkələrə mütləq şəkildə yaş senzurası qoyulmalıdır. Düşünəndə ki, bizim gələcəyimizi nə gözləyir, insan həqiqətən dəhşətə gəlir. Həyəcan təbili çalınmalıdır. Bizim oxuma mədəniyyətimiz artıq keçmişdə qalır. Gənclərimiz kitab alıb oxumur. Hazırda gənclər arasında Azərbaycan milli kinolarına baxan, musiqilərinə qulaq asan yoxdur. Olsa da, çox-çox azdır. Azərbaycan ədəbiyyatından bir nümunə bilən gənclərimizin sayı hədsiz azdır.

Boş-boş sosial şəbəkələrdə vaxtlarını keçirirlər. Bu isə həmin yeniyetmələrin, gənclərin və uşaqların həyatını pozur. Həmin videoların çoxu, heç öz yaşına aid olmayan videolardır. O videolar həmin uşaqları oğurluğa və ya başqa pis əməllərə səsləyir. Hər bir uşağa şan-şöhrətə, dəbdəbəli həyata səsləyir. Amma yeniyetmələr bilmir ki, bunlar hamısı pillə-pillə olur, birdən-birə bu qədər problemlər həll oluna bilməz. Ona görə də gedib oğurluq edən, qumar oynayan və ya pis yola düşən yeniyetmələrimiz çoxalır. Gənclərimiz sosial şəbəkələrdə gördükləri həyatı yaşamaq istəyir. Bu da gənclər arasında nifaq düşməsinə səbəb olur. Təsəvvür edin ki, 2024-cü ilin yanvar-sentyabr ayları arasında 36 minə yaxın ailə qurulub, onlardan 16 mini dağılıb. Bütün bunlar isə "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir". Qısa bir zamanda Azərbaycanda da sosial şəbəkələrlə bağlı addım atılmalıdır. Yaxın gələcəkdə bu məsələlər öz həllini tapmalıdır. Bizim gəncliyimiz artıq uçurumun kənarındadır."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 02 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri