Boşanmış şəxslər üçün VACİB XƏBƏR Artıq məhkəməyə ehtiyac qalmayacaq!
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
2026-cı ilin başlanmasından sonra vətəndaşların məhkəmələrə ən çox ünvanladıqları müraciətlər aliment məbləğlərinin artırılması ilə bağlı olub.
“Ölkə.az” xəbər verir ki, bu barədə hüquqşünas Aysel Süleymanova məlumat verib. Onun sözlərinə görə, alimentin artırılıb-artırılmaması birbaşa olaraq məhkəmə qətnaməsinin hansı tarixdə çıxarılmasından asılıdır.
Hüquqşünas bildirib ki, əgər məhkəmə qətnaməsi 2025-ci ildə alimentlərin indeksləşdirilməsi zamanı növbəti illərdə baş verəcək artımlar nəzərə alınmaqla çıxarılıbsa, bu halda aliment alan şəxsin əldə etdiyi məbləğdə avtomatik artım baş verəcək.
Aysel Süleymanova qeyd edib ki, əvvəlki illərdə təyin olunan və 2025-ci ildə artırılmayan aliment məbləğləri üçün yenidən məhkəməyə müraciət olunması zəruridir. Onun sözlərinə görə, bir çox qətnamələrdə minimum əməkhaqqının artacağı təqdirdə alimentlərin də müvafiq olaraq artırılması nəzərdə tutulur. Lakin hazırda minimum əməkhaqqında artım baş vermədiyindən aliment məbləğləri olduğu kimi qalır.
Hüquqşünasın sözlərinə görə, 2024-cü ilədək çıxarılmış məhkəmə qətnamələri olan vətəndaşlar alimentlərin indeksləşdirilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Bu halda əvvəlki dövrlər üzrə nəzərdə tutulan artımlar təmin ediləcək.
Aysel Süleymanova əlavə edib ki, aliment məbləği bir dəfə indeksləşdirildikdən sonra növbəti illərdə minimum əməkhaqqı artdığı halda əlavə müraciətə ehtiyac qalmayacaq və aliment avtomatik şəkildə artırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 25 Yanvar 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















