Botoks nədir və niyə tətbiq olunur?
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Botoks əsasən üzdəki qırışların azaldılması üçün istifadə olunur. Eyni zamanda qoltuqaltı və əllər kimi çox tərləyən nahiyələrdə aşırı tərləmənin qarşısını almaq məqsədilə tətbiq edilir.
Pravda.az bildirir ki, botoks ilan zəhəri deyil, laboratoriyada xüsusi bakteriyadan əldə edilən “botulinum toksin” maddəsidir. Bu maddə əzələlərin hərəkətini müvəqqəti dayandıraraq dərinin daha gərgin və hamar görünməsini təmin edir.
Botoks ən çox alın, qaş arası, göz kənarları, alt göz qapaqları, dodaq kənarları, çənə ucu və boyun kimi nahiyələrdə tətbiq olunur. Tərləməyə qarşı da effektivdir və təsiri 7-12 ay davam edir.
Boyun bölgəsində botoks tətbiqi əzələlərin aşağı doğru çəkilməsini azaldaraq boynun daha uzun və gərgin görünməsini təmin edir.
Botoksun təsiri 6-10 ay davam edir və təsiri keçdikdən sonra təkrar tətbiq edilə bilər. Təkrar seanslar qırışların dərinliyini azalda bilər.
Botoks həm estetik, həm də tibbi məqsədlərlə geniş istifadə olunur.
Əminə Bayramova


