Icma.az
close
up
RU
Həcəmət. Nədir və nə zaman tətbiq olunur FOTO

Həcəmət. Nədir və nə zaman tətbiq olunur FOTO

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həcəmət və ya hicam (qanalma) keçmişdə demək olar bütün dünyada əsas müalicə metodlarından biri kimi çox geniş istifadə olunurdu.

Dahi Hippokrat qanalmanın faydasını çox yüksək qiymətləndirirdi. Orta əsrlərdə Avropada qanalmanın köməyi ilə az qala bütün xəstəlikləri müalicə edirdilər.

Hadislərə əsasən, Məhəmməd Peyğəmbər (s.ə.s) həcəmətin köməyi ilə baş ağrılarını müalicə edirdi və bu müalicə metodunu çox yüksək qiymətləndirirdi.

Qanalmanın bir neçə növü var. Avropada qanalma zamanı qolda damar deşilirdi və qan "buraxılırdı". Asiya və Ərəb ölkələrində isə dəri çərtilir və qan tibbi bankaların köməyi ilə "sovrulur". Ərəb dilində hicam "sovurmaq" deməkdir.

Uzun müddət ərzində qanalma haqsız olaraq unudulub. Qanalma müalicə metodu kimi, demək olar, yalnız qaraciyərin hemoxromatoz xəstəliyi zamanı istifadə olunur. Bu xəstəlik zamanı xəstənin qanında çoxlu miqdarda dəmir yığılır ki, bu da müxtəlif pozulmalara səbəb olur.

Lakin son zamanlar bütün dünyada həcəmətə olan maraq artıb. Alimlər həcəmətin insan sağlamlığına olan təsirini araşdırır və çox müsbət rəylər verir.

Tibbi qanalma həqiqətən çox effektli müalicəvi və profilaktik vasitədir. Bunun ən yaxşı sübutu qan donorlarıdır. Statistika göstərir ki, bu kateqoriya insanlar digər insanlarla müqayisədə daha çox yaşayır və daha sağlam olurlar.

Qanalma nəticəsində orqanizmdə yenilənmə və cavanlaşma prosesləri işə salınır, qan təmizlənir, qanyaranma prosesləri sürətlənir, yeni cavan qan əmələ gəlir.

Həcəmət hipertoniya zamanı çox effektlidir. Qanalmanın köməyi ilə hətta çox yüksək təzyiqi xeyli aşağı salmaq mümkündür. Həmçinin bu effekt uzun müddət ərzində saxlanıla bilər - 2 hətədən bir neçə aya qədər.

Amerika alimi Bauer sübut edib ki, qanalmadan dərhal sonra orqanizmdən ziyanlı maddələrin xaric olunması 30-40% artır.

Digər alimlər araşdırmalarda aşkar edib ki, qanalmadan sonra qanın qatılığı 20-30% azalır ki, bu da damarlarda trombların əmələ gəlmə riskini xeyli azaldır.

Fransa alimi tibb elmləri doktoru professor Kantel həcəmətdən sonra insanın qanını tətbiq edib və belə qərara gəlib ki, insanın immun sistemi xeyli fəallaşır.

Həcəmət bir çox xəstəliklərin və pozulmaların müalicəsində (hipertoniya, miqren, sonsuzluq, müxtəlif iltihablar və ağrılar və s.) istifadə oluna bilər.

Həcəmət tibbi prosedurdur. Bu səbəbdən qanalma yalnız həkim tərəfindən təyin olunmalı və həyata keçirməlidir. Həcəmətin müəyyən metodikası, göstərişləri və əks-göstərişləri mövcuddur.

Həcəmət  bu kimi hallarda əks-göstəriş sayılır:

- qanda hemoqlobinin və hematokritin səviyyəsi aşağı olduqda

- hipotoniya (aşağı təzyiq) zamanı

- ağır ateroskleroz

- ağır ürək qüsurları

- ağır xəstəliklərdən sonra

- açıq yaralar

Həcəmət profilaktik məqsəd ilə ildə 2 dəfə (yazda və payızda), müalicə məqsədi ilə isə 1 ayda 1-2 dəfə tətbiq oluna bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri