Icma.az
close
up
RU
Böyrək daşlarının müasir müalicəsi

Böyrək daşlarının müasir müalicəsi

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir texnologiyalar tibb sahəsində xeyli irəliləyişin yaranmasına səbəb olub.

Əvvəllər uzun-uzadı, böyük kəsiklərlə aparılan böyrək əməliyyatları hazırda daha kiçik kəsiklərlə və ya kəsiksiz icra edilir.

AZƏRTAC bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin uroloqu Emin Məmmədov deyib.

Uroloq bildirib ki, müasir texnologiyanın inkişafı cərrahiyyədə dəyişiklərə səbəb olub: "Minimal invaziv cərrahiyyənin inkişafının səbəbi texnologiyadır. Texnologiyanın inkişafı cərrahi müdaxilələrin keyfiyyətli icrasına imkan verir. Bu, əməliyyatda istifadə olunan optik linzaların təkmilləşdirilməsi və ya əməliyyatda istifadə etdiyimiz alətlərin ölçülərinin daha da kiçilməsi ilə bağlıdır. Biz bunlar sayəsində daha kiçik kəsiklərlə və ya kəsiksiz əməliyyatları icra edə bilirik.

Nümunə üçün deyə bilərəm ki, illər əvvəl sidik axarı daşlarını, böyrək daşları əməliyyatlarını böyük kəsiklərlə aparırdıqsa, indi onları heç bir kəsik olmadan aparırıq. Prostat əməliyyatı da əvvəllər böyük kəsiklərlə icra edilirdi. İndi isə tur prostat əməliyyatında olduğu kimi heç bir kəsik olmadan aparılır. Eləcə də böyrək şişinin çıxarılması 20 santimetrə yaxın kəsiklərlə icra olunurdu, indi isə cəmi 3 ədəd 1 santimetrlik kəsiklərlə aparıla bilir. Klinikamızda da bunlar icra olunur. Amma təbiidir ki, bu metod hər xəstəyə şamil edilmir. Xəstəyə və xəstəliyə uyğun invaziv yol seçilir. Yəni bəzi hallarda hələ də açıq cərrahiyyədən istifadə olunur".

Mütəxəssis bildirib ki, böyrək daşları Azərbaycanda, həmçinin Türkiyədə çox rast gəlinən sağlamlıq problemlərindən biridir: "Ölkəmizdə bu problem əhalinin təxminən 10 faizində rast gəlinir. Uroloji problemlər hər yaş həddini əhatə edir. Lakin prostat 40 yaşdan sonra daha çox müşahidə olunur. Tur prostat əməliyyatı urologiyada orta çətinlikli bir əməliyyat növü kimi qəbul edilir".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see909

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see371

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see327

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see314

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see291

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see283

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see246

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see245

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see226

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see209

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see208

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see206

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see205

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see198

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see192

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see192

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see192

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see179

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri