Icma.az
close
up
RU
Böyrəklərdə duzların təhlükəsi

Böyrəklərdə duzların təhlükəsi

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzən tam sağlam insanda sidik analizi zamanı duzlar (onlara "qum" da deyilir) aşkar olunur.

Sağlam insanların sidiyində duzların cüzi miqdarda olması xəstəliyin əlaməti sayılmır. Saglamolun.az bildirir ki, bu bəzi qidaların artıq miqdarlarda qəbulu ilə bağlı ola bilər. Lakin duzların sidikdə daim aşkar olunması və onların miqdarının çox olması artıq patoloji hal sayılır və müayinə və müalicə tələb edir.

Adi duzla və qumla böyrəklərdə olan duzların heç bir əlaqəsi yoxdur. Bu həll olunmamış birləşmələrdir (urat, oksalat, fosfatlar). Bu maddələr orqanizmdə bəzi mübadilə proseslərin nəticəsində əmələ gəlir və daha sonra böyrəklər vasitəsilə orqanizmdən xaric olunur. Bəzi səbəblərə görə bu duzlar böyrəklərdən çıxmaya bilər və nəticədə burada yığıla bilər. Bu həm yaşlı insanlarda, həm də uşaqlarda baş verə bilər.

Böyrəklərdə duzların yığılması heç də yaxşı hal deyil. Gələcəkdə bu böyrəklərdə daşların (konkrementlər) əmələ gəlməsinə və nəticədə böyrək daşı xəstəliyinə səbəb ola bilər.

Duzlar hansı səbəblərə görə yığılır?

- İrsiyyət. Bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Bu irsi faktordur - nəsldən nəslə ötürülən müəyyən mübadilə proseslərinin   xüsusiyyətlərinə görə duzlar bu insanların böyrəklərində daha tez yığılır.

- Orqanizmdə kalsiumin həddən artıq olması və həminin qanda sidik turşusunun çoxlu miqdarda yığılması da böyrəklərdə duzların yığılmasına səbəb ola bilər.

- Susuzlaşma (xüsusilə xroniki susuzlaşma) zamanı sidik qaha qatı olur ki, böyrəklər duzları orqanizmdən tam effektli şəkildə xaric edə bilmir və duzlar burada yığılmağa başlayır. Susuzlaşmanın səbəbi həm mayenin az miqdarda qəbulu, həm də sidikqovucu preparatların qəbulu ola bilər.

- Böyrəklərdə gedən iltihabi proseslər də duzların yığılmasına səbəb ola bilər. Xəstə böyrəklər öz işinin öhdəsindən tam şəkildə gələ bilmir və nəticədə burada duzlar yığılmağa başlayır.

- Düzgün olmayan qidalanma (duzlu, qızardılmış, hisə verilmiş qidaların, ət məhsullarının həddən artıq qəbulu).

Əksər hallarda böyrəklərdə az miqdarda duzların olması özünü heç bir simptomla büruzə vermir və təsadüfən analiz zamanı təyin olunur.

Lakin kiçik duz kristalları sidik yollarında hərəkət etdikdə selikli qişa zədələnir ki, bu da iltihaba və ağrılara səbəb olur. Belə iltihabın simptomları:

- Sidik ifrazı zamanı ağrılar.

- Tezləşmiş sidik ifrazı.

- Bel nahiyəsində kəskin kəsici ağrılar.

- Sidik bulanıq olur, bəzən sidikdə qan izləri ola bilər.

Böyrəklərdən duzları təmizləməkdən əvvəl onların burada yığılmasının səbəblərini araşdırmaq lazımdır. Uroloq (və ya nefroloq) xəstəni əlavə müayinələrə göndərir (USM, qan analiz və s.).

Daha sonra həkim lazım olan müalicə təyin edir. Müalicə konservativ (dərmanların köməyi ilə) üsulla aparılır. Xəstəyə sidikqovucu preparatlar, otlar, duz kristallarını parçalayan preparatlar, antibiotiklər təyin oluna bilər. Müalicə zamanı xəstə kifayət qədər maye (ən yaxşı variant - təmiz su, gündə 2 l-dən az olmayaraq) qəbul etməlidir ki, duzların xaric olunması prosesi daha tez, ağrısız və effektli olsun.

Müalicə zamanı və həmçinin müalicədən sonra həkim xəstəyə müəyyən pəhriz təyin edə bilər.

Böyrəklərdə duz olan insanlar hərəkətli olmalı, bədən tərbiyəsi, idmanla məşğul olmalıdır. Bu böyrəklərdə durğunluq prosesləri azaldır və böyrəklərin təbii yolu ilə təmizlənməsinə kömək edir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri