Boyu sükana çatmayan azyaşlı şəhərin mərkəzində maşın sürdü: Təhlükəli anlar VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakıda azyaşlının sükan arxasına keçərək avtomobil idarə etməsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 31-də paytaxtın Dərnəgül mübadilə məntəqəsinin yaxınlığında qeydə alınıb. Şahidlərin sözlərinə görə, 77-KB-415 dövlət nömrə nişanlı, "Toyota Prius" markalı avtomobilin sürücüsünün sükan arxasına azyaşlı uşağı əyləşdirdiyi görünüb.
Məlumata görə, sürücü uşağa avtomobil idarə etməyi öyrətməyə çalışıb. Videogörüntülərdə azyaşlının sükan arxasından düşməsi də açıq şəkildə əks olunub. Bu hal azyaşlının həyatına və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi təhlükə yarada bilər.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, yalnız sürücülük vəsiqəsi olan şəxslərə avtomobil idarə etməyə icazə verilir. Azyaşlıların sükan arxasına buraxılması həm inzibati məsuliyyət yaradır, həm də onlarda pis vərdiş formalaşdırır.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 01 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















