“Böyük bir banka” qarşı sanksiyalar elan ediləcək
Marja.az saytına istinadən Icma.az xəbər verir.
Vaşinqton İranı beynəlxalq maliyyə şəbəkəsindən təcrid etmək istiqamətində tədbirlərini davam etdirir.
Marja xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent gələn həftə “böyük bir banka” qarşı sanksiyaların elan ediləcəyini bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
“Bunu bazar ertəsi edəcəyik (14 sentyabr - 2026-cı il). Çünki 11 sentyabrda həyatını itirən vətəndaşlarımızın xatirəsini yad etmək istəyirik. Bazar ertəsi açıqlamalarımızı izləyin”, – Bessent deyib.
Nazirin sözlərinə görə, ABŞ administrasiyası Misirin ikinci ən böyük bankının Dubaydakı filiallarına sanksiya tətbiq edib və onların fəaliyyətini dayandırıb. Bessent həmin bankın İrana 1,8 milyard dollar verdiyini iddia edib.
O, həmçinin İrana maliyyə vəsaiti ötürdüyü bildirilən “Türkiyənin ən böyük bankı”na qarşı da sanksiya tətbiq olunduğunu deyib. Lakin nazir bankların adlarını açıqlamayıb.
“NewsNation” müsahibəsində Trampdan İranın mövcud iqtisadi təzyiqlərə necə müqavimət göstərə bildiyi də soruşulub.
“Onların buna nə qədər davam gətirə biləcəyini bilmirəm. Ancaq məsələ seçkilərdən sonra, bəlkə də daha tez həll ediləcək. İstənilən halda, seçkilərdən dərhal sonra həll olunacaq”, – Tramp bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















