Böyük Britaniya insan alveri ilə məşğul olan dəstələrə qarşı yeni sanksiyalar qəbul edəcək AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
London, 9 yanvar, AZƏRTAC
Böyük Britaniya hər il on minlərlə insanı ölkəyə qanunsuz yollarla gətirən dəstə rəhbərlərini, eləcə də onların istifadə etdiyi qayıqların və mühərriklərin istehsalçısı olan, əsasən Çin mənşəli şirkətləri hədəfə almaq üçün yeni sanksiya rejimi yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumət açıqlama verib. Fransadan kiçik qayıqlarla gələn miqrantların sayını azaltmaq üçün ciddi siyasi təzyiq altında olan hökumət bildirib ki, bu qanunlar digər islahatları tamamlayacaq.
“Biz insan həyatını təhlükəyə atanlardan qazanc əldə edənləri hədəfə alacağıq və dəstələrin maliyyə mənbələrini pozacağıq”, - deyə daxili işlər naziri İvet Kuper bəyan edib.
Hökumət sanksiyaların ilin sonuna qədər qüvvəyə minəcəyini və insan alveri ilə məşğul olan şəxslərin Britaniyaya girişinin qadağan olunmasına, onlarla işgüzar münasibət quranların cəzalandırılmasına və həmin şəxslərin maliyyə aktivlərinin dondurulmasına imkan yaradacağını bəyan edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 09 Yanvar 2025 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















