Icma.az
close
up
RU
Böyük Britaniya mediası: Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək

Böyük Britaniya mediası: Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək

Azertag saytına istinadən Icma.az xəbər verir.

London, 15 avqust, AZƏRTAC

Böyük Britaniya mediası Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılşamanı geniş şəkildə işıqlandırmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, “Express.co.uk” yazır ki, Tramp “heç kimin mümkün hesab etmədiyi” bir sülh razılaşmasına nail olub və bununla diplomatiyada yeni bir mərhələ açıla bilər. Nəşrin məlumatına görə, bir neçə gün əvvəl Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan 1988-ci ildən bəri davam edən münaqişəyə son qoyacaq sazişi paraflayıblar. Xəbərdə Prezident İlham Əliyevin bu sözləri sitat gətirilib:“Əgər Prezident Tramp, onun komandası və dostumuz, xüsusi nümayəndə Stiv Vitkoff olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan hələ də sonsuz danışıqlar prosesində qalardı”.

Nəşr, həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun açıqlamalarına yer verib. Səfir, D. Trampın prosesdə mühüm rol oynadığını, tərəfləri bir araya gətirmək, danışıqları irəli aparmaq və siyasi dəstəyi təmin etmək istiqamətində önəmli təşəbbüslər göstərdiyini vurğulayıb. O, D. Trampın sülhə səmimi bağlılığının və diplomatik fəallığının danılmaz olduğunu qeyd edib. “GB News” isə səfir Süleymanovun iki ölkə arasında əldə olunan razılaşmanı tarixi məqam kimi qiymətləndirdiyini yazıb. Səfir bildirib ki, sənəd hələ imzalanmasa da, onun paraflanması üç onillikdən artıq davam edən post-sovet münaqişə irsini arxada qoymaq üçün mühüm addımdır. Onun sözlərinə görə, Tramp administrasiyasının səmimi səyləri tərəflərin bir masa ətrafına toplaşmasına imkan verib və 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bu prosesin uğurla nəticələnməsinin əsas amillərindən biri olub.

Britaniya mediasının materiallarında qeyd edilib ki, bu razılaşma regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri