Böyük Britaniya Ukraynaya sülh razılaşmasından sonra hərbi qüvvə göndərməyə hazırlaşır
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
London, 20 avqust, AZƏRTAC
Böyük Britaniya Rusiya ilə mümkün sülh razılaşması əldə olunacağı təqdirdə Ukraynaya təminat qüvvəsi göndərməyə hazırlaşır.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, məsələ ilə bağlı açıqlama Böyük Britaniyanın Baş naziri Kir Starmerin həmsədrliyi ilə keçirilən və 30-dan çox beynəlxalq liderin qatıldığı “İstəklilər koalisiyası”nın iclasında səslənib. Toplantıda Ukraynaya qarşı gələcək Rusiya hücumlarının qarşısını almaq üçün təhlükəsizlik zəmanətlərinin verilməsi və əlavə sanksiyaların tətbiqi müzakirə olunub.
Britaniya hökuməti bəyan edib ki, yaxın günlərdə ABŞ tərəfi ilə birgə təhlükəsizlik zəmanətlərinin daha da gücləndirilməsi və atəşkəs əldə olunacağı halda Ukraynaya təminat qüvvəsinin yerləşdirilməsinə hazırlıq planları müzakirə olunacaq. Böyük Britaniya və Fransa artıq belə bir missiyaya qoşulacaqlarını bildiriblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Avqust 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















