Icma.az
close
up
RU
Böyük Britaniyada avtomobil istehsalı kəskin azalıb

Böyük Britaniyada avtomobil istehsalı kəskin azalıb

Icma.az, Azertag saytına istinadən bildirir.

London, 30 yanvar, AZƏRTAC

Böyük Britaniyada avtomobil istehsalı 1950-ci illərdən bəri ən aşağı səviyyəyə düşüb.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Avtomobil İstehsalçıları və Tacirləri Cəmiyyəti (SMMT) məlumat verib.

Bildirilib ki, ötən il ölkədə cəmi 779 min 584 avtomobil istehsal edilib. Bu, COVID-19 pandemiyası dövrü istisna olmaqla, 1954-cü ildən bəri ən aşağı göstəricidir.

Sənaye qurumu istehsalın daha da zəifləyəcəyini proqnozlaşdırıb və 2025-ci ildə istehsal ediləcək avtomobil sayının cəmi 775 min olacağını bildirib. Müqayisə üçün, 2019-cu ildə Böyük Britaniyada 1,3 milyon avtomobil istehsal olunmuşdu.

İstehsalın azalmasının əsas səbəblərindən biri Avropada tələbin zəifləməsi, xüsusilə sürücülərin elektrik avtomobillərə marağının azalmasıdır. Sürücülər yüksək qiymətlər və bu texnologiyanın etibarlılığı ilə bağlı narahatlıqlar səbəbindən elektrikli nəqliyyat vasitələrindən uzaq dururlar. Elektrik avtomobillərin satışındakı geriləmə, eyni zamanda benzin və dizel mühərriklərindən imtina tendensiyası avtomobil zavodlarına ciddi təzyiq yaradır. Bu böhran nəticəsində “Vauxhall” şirkəti ötən il Luton şəhərindəki mikroavtobus istehsal edən zavodunu bağlayıb. Şirkət net-zero qaydalarını tənqid edərək istehsalçılara benzinlə işləyən avtomobillərin satışını məhdudlaşdırmağı məcbur edən siyasətlərin sektora mənfi təsir etdiyini bildirib.

Böyük Britaniya hökuməti yaranmış vəziyyətlə bağlı sıfır emissiyalı nəqliyyat vasitələri (ZEV) mandatı üçün ictimai məsləhətləşməyə start verib. Bu proses net-zero hədəflərinin yumşaldılması üçün zəmin yarada bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri