Sergen Yalçınla futbolçular arasında problem var? TFF dən ikinci açıqlama
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Sergen Yalçınla bağlı yayılan iddialara yenidən münasibət bildirib.
Apasport.az xəbər verir ki, federasiya 53 yaşlı mütəxəssisin adından yayılan açıqlamaları təkzib edib.
TFF-nin rəsmi bəyanatında deyilir:
“Milli komandamızın baş məşqçisi Sergen Yalçının TFF-nin Rivada yerləşən mərkəzində keçirilən müqavilə imzalama mərasimində səsləndirdiyi fikirlərdən başqa, heç bir quruma və ya şəxsə verdiyi açıqlama yoxdur”.
Bu, federasiyanın son iki gündə Sergen Yalçınla bağlı yaydığı ikinci bəyanatdır.
Daha əvvəl Türkiyə mətbuatında milli komandanın bəzi futbolçularının baş məşqçinin telefon zənglərinə cavab vermədiyi barədə iddialar ortaya atılıb.
TFF isə həmin məlumatları təkzib edərək Sergen Yalçınla futbolçular arasında hər hansı ünsiyyət probleminin olmadığını bildirib.
Federasiya milli üzvlərinin baş məşqçi və onun köməkçiləri ilə görüşlərdən razı qaldığını vurğulayıb. Qurum yayılan iddiaları əsassız və qərəzli spekulyasiyalar kimi qiymətləndirərək belə xəbərlərin komandadakı birlik və kollektiv ruhuna zərər vurduğunu qeyd edib.
Bununla belə, sözügedən iddiaları gündəmə gətirən jurnalist Sercan Hamzaoğlu TFF-nin təkzibindən sonra da məlumatının arxasında dayandığını açıqlayıb. O, hadisəyə şəxsən şahid olduğunu iddia edib.
Beləliklə, federasiyanın ardıcıl bəyanatlarına baxmayaraq, Türkiyə millisinin daxilindəki vəziyyətlə bağlı müzakirələr davam edir.
Qeyd edək ki, Sergen Yalçın oktyabrın 22-də Türkiyə millisinin baş məşqçisi kimi təqdim olunub. Təcrübəli mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir İngiltərə Liqa Kuboku: “Everton” 1/4 finalda “Qalatasaray”ın ulduzu ikinci dəfə ata oldu “Əl-Nəsr”dən darmadağın - RONALDODAN HET-TRİK
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 Oktyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















