Icma.az
close
up
RU
Böyük Britaniyada da “separatizm küləkləri” əsir

Böyük Britaniyada da “separatizm küləkləri” əsir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Şotlandiya, Uels və Şimali İrlandiya mərkəzi hakimiyyətə meydan oxuyur

Üç əsrdən artıqdır ki, Vestminster parlament sistemi siyasi varisliyin, institusional sabitliyin və konstitusion ardıcıllığın ən dayanıqlı nümunələrindən biri hesab olunur. Qitə Avropası inqilablar, rejim dəyişiklikləri və müharibələrlə sarsıldığı dövrlərdə Birləşmiş Krallıq yazılmamış konstitusiya ənənələri, presedent hüququ və siyasi kompromis mədəniyyəti sayəsində dövlət sistemini qoruyub saxlaya bilib. Sözsüz ki, bu sabitlik mərkəz və periferiya arasında qurulmuş çevik güc balansı ilə təmin olunurdu. Bu gün isə həmin balansın dayanıqlılığı ciddi sınaq qarşısındadır və imperiya dövründən qalan siyasi model legitimlik böhranı yaşayır.

1707-ci ildə qəbul edilən Uniya Aktı İngiltərə və Şotlandiyanı vahid dövlət çərçivəsində birləşdirdi. Şotlandiya iqtisadi imkanlar və imperiya bazarlarına çıxış əldə edir, İngiltərə isə şimal sərhədlərinin təhlükəsizliyini möhkəmləndirirdi. Bununla yanaşı, Şotlandiya öz hüquq sistemi, kilsə və təhsil modelini qoruyub saxladı. 1801-ci ildə İrlandiyanın da ittifaqa daxil olması ilə Birləşmiş Krallıq ərazi genişlənməsinin zirvəsinə çatdı. Lakin İrlandiyanın inteqrasiyası Şotlandiyadakı kimi uğurlu olmadı. Dini və sosial ziddiyyətlər, həmçinin Londonun mərkəzçi siyasəti milli azadlıq hərəkatını gücləndirdi. 1922-ci ildə İrlandiya Azad Dövləti müstəqillik qazandı və London yalnız Şimali İrlandiyanı öz tərkibində saxlaya bildi.

XX əsrin sonlarında Birləşmiş Krallıq yeni konstitusion mərhələyə qədəm qoydu. Leyboristlərin hakimiyyəti dövründə həyata keçirilən devolyusiya siyasəti çərçivəsində Edinburqda Şotlandiya Parlamenti, Kardiffdə Uels Assambleyası və Belfastda Şimali İrlandiya Assambleyası yaradıldı. Məqsəd regional narazılığı azaltmaq və milli kimlik tələblərini sistem daxilində idarə etmək idi. Lakin devolyusiya gözlənilən effekti vermədi. Əksinə, regional millətçilik hərəkatlarına hüquqi və siyasi platforma qazandırdı. Yerli parlamentlər yeni siyasi elitaların formalaşmasına və Vestminsterdən fərqli gündəmlərin yaranmasına şərait yaratdı. Xüsusilə Şotlandiya Milli Partiyasının (SNP) güclənməsi 2014-cü il müstəqillik referendumuna gətirib çıxardı. Referendumda seçicilərin əksəriyyəti uniyada qalmağa səs versə də, məsələ həll olunmadı, sadəcə təxirə salındı. Daha sonra Uelsdə milli kimlik və özünüidarə ideyaları əsas siyasi axına daxil olmağa başladı. Şimali İrlandiyada isə Belfast Sazişinin yaratdığı həssas siyasi balans demoqrafik dəyişikliklər və respublikaçı qüvvələrin güclənməsi fonunda yeni çağırışlarla üzləşdi. Ona görə də Krallığın üç əsas regionunda mərkəzi hakimiyyətə qarşı narazılıq müxtəlif səbəblərlə olsa da, paralel şəkildə artmağa başladı.

2016-cı il Brexit referendumu Birləşmiş Krallığın daxilindəki köhnə ziddiyyətləri açıq müstəviyə çıxardı. İngiltərə və Uelsin böyük hissəsi Avropa İttifaqından çıxmağın lehinə səs versə də, Şotlandiya və Şimali İrlandiyada seçicilərin əksəriyyəti Aİ-də qalmağı dəstəklədi. Bu fərq mərkəzin siyasi prioritetləri ilə regionların maraqları arasında ciddi uçurum olduğunu göstərdi. Şimali İrlandiya üçün tətbiq edilən xüsusi ticarət rejimi adanın iqtisadi inteqrasiyasını sürətləndirdi və İrlandiyanın birləşməsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı. Şotlandiyada isə Brexit müstəqillik tərəfdarlarının əsas arqumentinə çevrildi. Daha dəqiq desək, Brexit Avropa ilə münasibətlərlə yanaşı, Birləşmiş Krallığın daxili siyasi tarazlığını da sarsıtdı.

Ona görə də Şotlandiya, Uels və Şimali İrlandiya liderlərinin Kardiffdə keçirdiyi görüş gözlənilən idi. İlk dəfə olaraq üç regionun rəhbərləri Londondan kənarda ortaq siyasi mövqe nümayiş etdirərək gələcəklə bağlı koordinasiyalı fəaliyyət mesajı verdilər. İmzalanan memorandumda konstitusion dəyişikliklərə hazırlıq, regionların öz siyasi gələcəyini müəyyən etmək hüququ və Avropa ilə daha sıx inteqrasiya ideyası vurğulanırdı.

Amma Kardiff memorandumunu Birləşmiş Krallığın yaxın zamanda dağılmasının real başlanğıcı kimi qiymətləndirmək hələlik inandırıcı görünmür. Sənəd daha çox Londona ünvanlanmış siyasi xəbərdarlıq və regional narazılığın nümayişi kimi xarakterizə oluna bilər. Çünki Şotlandiya, Uels və Şimali İrlandiyanın eyni mövqedə çıxış etməsi onların ayrılma istiqamətində vahid və konkret yol xəritəsinin olduğu anlamına gəlmir. Qarşıda hüquqi, siyasi və iqtisadi baxımdan kifayət qədər ciddi maneələr var.

Böyük Britaniyanın konstitusiya və devolyusiya üzrə mütəxəssisi Deyvid Torrens hesab edir ki, Birləşmiş Krallığın gələcəyi ilə bağlı müzakirələrdə hüquqi çərçivəni nəzərə almadan yalnız siyasi bəyanatlara fokuslanmaq yanıldıcı ola bilər: “Xüsusilə Şotlandiyanın müstəqillik referendumu məsələsində Vestministerin rolu hələ də həlledicidir. 2022-ci ildə Böyük Britaniya Ali Məhkəməsi Şotlandiya parlamentinin Vestministerin razılığı olmadan müstəqillik referendumu keçirmək üçün qanun qəbul etmək səlahiyyətinə malik olmadığını müəyyən edib. Bu baxımdan Kardiffdə imzalanan memorandum siyasi baxımdan mühüm mesaj olsa da, hüquqi baxımdan Böyük Britaniyanın dərhal parçalanması anlamına gəlmir. Şotlandiya, Uels və Şimali İrlandiyanın konstitusion statusları fərqlidir və hər birində müstəqilliyə aparan yol eyni hüquqi mexanizmlərlə müəyyən edilmir. Yəni Kardiff görüşü daha çox gələcək konstitusion mübarizənin siyasi istiqamətini göstərir, onun hüquqi nəticəsini isə hələ müəyyən etmir”.

Göründüyü kimi, regional siyasi qüvvələr artıq öz gələcəkləri ilə bağlı qərarlarda daha böyük söz sahibi olmaq istəyirlər və bu tələb getdikcə daha açıq səslənir. Bu baxımdan Vestminsterin qarşısında əsas məsələ yaxın perspektivdə uniyanın necə qorunacağıdır. Bunun üçün daha geniş səlahiyyətlərin verilməsi, maliyyə bölgüsünün yenidən nəzərdən keçirilməsi və Birləşmiş Krallığın konstitusion quruluşunun müasir reallıqlara uyğunlaşdırılması məsələlərinin gündəmə gətirilməsi ehtimalı yüksəkdir.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri