Türkiyə dünyada ilkə imza atdı: Kızılelma silahlanmaya daxil oldu
Icma.az bildirir, Milli.az portalına istinadən.
Türkiyə dünyada pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edən ilk ölkə olub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Baykar" şirkəti məlumat yayıb.
Bildirilib ki, şirkətin öz imkanları hesabına hazırladığı "Kızılelma" pilotsuz qırıcı təyyarəsinin ilk üç nümunəsi qəbul sınaqlarını uğurla başa vurduqdan sonra noyabrın 19-da təhlükəsizlik qüvvələrinə təhvil verilib.
"Bu təhvilvermə ilə Türkiyə dünya aviasiyası tarixində pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edən ilk ölkə olub", - şirkətin açıqlamasında qeyd edilib.
"Kızılelma" ilk dəfə 2022-ci ilin avqustunda Türkiyənin Samsun şəhərində keçirilən "Teknofest" aviasiya və kosmik texnologiyalar sərgisində nümayiş etdirilib.
Pilotsuz qırıcı MIUS döyüş aviasiya kompleksi layihəsi çərçivəsində hazırlanıb.
Təyyarənin maksimal uçuş çəkisi təxminən 6 ton, faydalı yükdaşıma qabiliyyəti isə 2 tona yaxındır.
"Kızılelma"nın 12 kilometr yüksəklikdə 5-6 saat ərzində uçuş həyata keçirə bildiyi bildirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Noyabr 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















