Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Böyük Britaniyada hakimiyyət dəyişikliyi: Endi Börnhem yeni baş nazir olur

Böyük Britaniyada hakimiyyət dəyişikliyi: Endi Börnhem yeni baş nazir olur

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyada hakim Leyboristlər Partiyasının yeni lideri Endi Börnhem bu gün rəsmi olaraq ölkənin baş naziri vəzifəsini icra etməyə başlayacaq. O, istefa verən Kir Starmeri əvəz edəcək və 2016-cı ildən bəri Böyük Britaniyanın yeddinci baş naziri olacaq.

Bizimyol.info xəbər verir ki, Börnhem əvvəlcə Bukinqem sarayında Kral III Çarlzla görüşəcək. Monarxın ona yeni hökuməti formalaşdırmaq tapşırığını verməsindən sonra o, rəsmən baş nazir statusu qazanacaq. Britaniya siyasi ənənəsində bu mərasim "əl öpmə" ("Kissing of Hands") adlansa da, əslində tərəflər sadəcə əl sıxırlar.

Daha sonra yeni baş nazir Dauninq-strit 10 ünvanındakı iqamətgahın qarşısında xalqa ilk müraciətini edəcək və ilk Nazirlər Kabinetinin tərkibini açıqlayacağı gözlənilir.

Kir Starmer isə Bukinqem sarayına gedərək Kral III Çarlza istefasını təqdim edəcək. Bununla da hakimiyyətin sülh yolu ilə ötürülməsi prosesi başa çatacaq.

Britaniya qanunvericiliyinə əsasən, hakim partiya liderini dəyişdiyi halda növbədənkənar ümumi seçki keçirilməsi tələb olunmur. Endi Börnhem Leyboristlər Partiyasının liderliyi uğrunda yarışda yeganə namizəd olub. Növbəti parlament seçkiləri ən geci 2029-cu ildə keçirilməlidir, lakin baş nazir istənilən vaxt erkən seçki elan etmək səlahiyyətinə malikdir.

56 yaşlı Endi Börnhem daha əvvəl Leyborist hökumətlərində müxtəlif vəzifələrdə çalışıb. O, 2017-ci ildən Böyük Mançesterin meri olub və regionda iqtisadi inkişaf, ictimai nəqliyyatın modernləşdirilməsi və yerli idarəetmənin gücləndirilməsi istiqamətində fəaliyyəti ilə tanınıb. Siyasətçi ölkə üzrə də bu modeli tətbiq edəcəyini, iqtisadi artımı sürətləndirməyi, səlahiyyətlərin mərkəzdən regionlara verilməsini təmin etməyi və siyasətə ictimai etimadı bərpa etməyi vəd edir.

Hakimiyyət dəyişikliyi 2024-cü ildə keçirilən parlament seçkilərində böyük qələbə qazanan Kir Starmerin son aylarda azalan ictimai dəstəyi və Leyboristlər Partiyasının yerli seçkilərdə zəif nəticələrindən sonra istefa verməsi ilə baş verib. Britaniya siyasi dairələri Endi Börnhemin hakimiyyətə gəlişinin ölkədə son illər müşahidə olunan tez-tez baş nazir dəyişikliklərinə son qoyacağına ümid edir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 İyul 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see455

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see330

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see318

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see302

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see297

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see273

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see259

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see256

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see236

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see230

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see221

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see221

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see218

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see209

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see207

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see204

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see203

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see198

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri