Böyük Britaniyada mənzillərin mülkiyyət sisteminin dəyişdirilməsi planlaşdırılır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
London, 19 noyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti İngiltərə və Uelsdə mənzillərin uzunmüddətli icarə əsasında mülkiyyətə verilməsi sistemini (leasehold) ləğv etməyə hazırlaşır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yeni qanun layihəsinə əsasən, mənzil sahiblərinin torpaq mülkiyyətçisinə ödədiyi illik icarə haqqı maksimum 250 funt sterlinqlə məhdudlaşdırılacaq.
Gələcəkdə yeni tikilən mənzillərin əksəriyyətində “leasehold” sistemi qadağan ediləcək və onun yerinə sakinlərin binaya kollektiv şəkildə sahib olduğu və idarə etdiyi “commonhold” modeli tətbiq olunacaq. Mənzil məsələləri naziri Metyu Pennikuk mövcud sistemi köhnəlmiş adlandıraraq onun insanların həyatına mənfi təsir göstərdiyini bildirib.
Qanun layihəsinin bu gün dərc olunacağı gözlənilir. Yeni qaydaların qüvvəyə minməsi üçün sənəd parlamentin hər iki palatasında təsdiqlənməlidir. İslahatların ən tez gələn il qüvvəyə minəcəyi bildirilir.
“Leasehold” Böyük Britaniyada, xüsusilə İngiltərə və Uelsdə geniş yayılmış mənzil mülkiyyəti formasıdır. Bu sistemdə şəxs mənzili satın alsa da, onun yerləşdiyi torpaq və binanın əsas mülkiyyət hüquqları başqa şəxsə və ya şirkətə məxsus olur. Mənzil sahibi əmlakdan müəyyən müddət, məsələn, 99, 125 və ya 999 il istifadə etmək hüququ əldə edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Noyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















