Icma.az
close
up
RU
Türk dünyası üçün tarixi fürsət: 80 ildən sonra...

Türk dünyası üçün tarixi fürsət: 80 ildən sonra...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ukraynada Krım tatarlarına muxtariyyət verilməsi məsələsi yenidən gündəmə gəlib. Krım tatarlarının lideri, Ukrayna Ali Radasının deputatı Mustafa Əbdülcəmil Krımoğlu Kiyevlə bu istiqamətdə bütün əsas məsələlər üzrə razılıq əldə olunduğunu və hazırlıq işlərinin yekunlaşdığını açıqlayıb. Onun sözlərinə görə, hazırda davam edən müharibə və fövqəladə vəziyyət konstitusiya dəyişikliklərinə imkan verməsə də, muxtariyyətin yaradılması ilə bağlı razılaşma mövcuddur. Bu təşəbbüs təkcə Ukraynanın daxili siyasi məsələsi deyil, həm də Türk dünyası və bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Krım tatarlarının tarixi torpaqlarında özünüidarə hüququ əldə etməsi, deportasiya olunmuş əhalinin geri qayıdışı və Rusiyanın bu prosesə mümkün reaksiyası bir sıra siyasi və geosiyasi suallar yaradır. Bəs Krım tatarlarına muxtariyyət verilməsi regionda hansı dəyişikliklərə səbəb ola bilər? Bu addım Türk dünyasının birliyinə necə təsir göstərəcək? 

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, bu, çox müsbət hadisə olar:

"Ukrayna vaxtında Krım tatarlarına öz tərkibində muxtariyyət verməli idi. Çünki Krım tarixən Krım tatarlarının torpağı olub. Onların Osmanlı imperiyası ilə də sıx və dostluq münasibətləri mövcud idi. Osmanlı dövlətinin zəiflədiyi dövrdə, 1783-cü ildə Rusiya Krımı işğal etdi. Daha sonra, 1954-cü ildə Xruşşovun qərarı ilə Krım Ukraynanın tərkibinə verildi. Krım başıbəlalı bir ərazi, onun xalqı isə çoxsaylı faciələrlə üzləşən bir xalqdır. Vaxtilə Krım tatarları regionda çox güclü mövqeyə malik olublar. Onlar birbaşa "Osmanlı"nın tərkibində olmasalar da, imperiyanın vassalı hesab edilirdilər. Həmçinin onun himayəsi altında idarə olunurdular. Lakin sonuncu Krım xanı Şahin Gəray siyasi baxımdan yanlış addımlar ataraq ölkədə qarışıqlığa səbəb oldu və Rusiyaya meyil göstərdi. Sonradan bu qərarından peşman olsa da, artıq gec idi. Həmin dövrdə Osmanlı imperiyası da Rusiyaya müqavimət göstərəcək qədər güclü deyildi və yaranan vəziyyətlə barışmağa məcbur qaldı. Bu gün Krım tatarları ən çox zülmə məruz qalan xalqlardan biridir. Vaxtilə onların paytaxtı Bağçasaray olub. Muxtariyyət yaradılacağı təqdirdə, yəqin ki, inzibati mərkəz də yenidən Bağçasaray olacaq. XVI əsrdə – 1521 və 1571-ci illərdə Krım tatarları Moskva üzərinə iki böyük yürüş həyata keçirib, hətta bir dəfə şəhəri yandırıblar. Həmin dövrdə Moskva knyazlığı Krım xanlığına vergi ödəyirdi. Bu xalqın zəngin tarixi var və onlar hər zaman müstəqil xalq kimi tanınıblar. Ukrayna hökuməti razılıq verərsə, yəqin ki, müharibə başa çatdıqdan sonra həlli vacib məsələlərdən biri də məhz bu olacaq".

Akif Nağının sözlərinə görə, Krım tatarlarının muxtar dövlət yaratması hər baxımdan faydalı ola bilrə:

"İsmayıl bəy Qaspıralı Krım tatarlarının ən görkəmli nümayəndələrindən biridir. O, Rusiya imperiyası ərazisində azərbaycanlı türkoloqlarla, türk hərəkatının liderləri – Əlimərdan bəy Topçubaşov və ondan sonrakı digər nümayəndələrimizlə çiyin-çiyinə fəaliyyət göstərərək mühüm rol oynayıb. Onların bu istiqamətdə misilsiz xidmətləri var. Eyni zamanda, bu addımın gerçəkləşməsi Türk dünyası üçün ədalətin bərpası deməkdir. İnsanlar öz doğma torpaqlarına qayıdacaq, tarixi vətənlərində yaşamaq və öz talelərini sərbəst şəkildə müəyyənləşdirmək imkanı əldə edəcəklər. Krım tatarlarının zəngin tarixi, özünüidarəçilik təcrübəsi və dövlətçilik ənənələri var. Onlar öz fədakarlıqları, bacarıqları və yüksək intellektual potensialları ilə Türk dünyasına da ciddi töhfə verə, onun əsas fikir və düşüncə mərkəzlərindən birinə çevrilə bilərlər. Hesab edirəm ki, bu, son dərəcə vacib məsələdir. Krım tatarları uzun illərdir öz haqları uğrunda mübarizə aparırlar. Mustafa Əbdülcəmil Qırımoğlu da bu yolda illərdir mübarizə aparır. Nəhayət, onların haqq səsi eşidilir və qarşılarına qoyduqları məqsədə çatmaq üçün imkan yaranır. Bunu çox müsbət və tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirmək lazımdır".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri