Böyük Britaniyada quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurub
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniyada uzun sürən quraqlıqla əlaqədar ölkənin kənd təsərrüfatına ciddi ziyan dəyib.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, ölkədə arpa, yulaf və raps istehsalının 2026-cı ildə 19,5 milyon tona düşəcəyi proqnozlaşdırılır. Bu, 2020-ci ildə qeydə alınmış 19,8 milyon tonluq minimum göstəricidən də aşağıdır və 1984-cü ildən bəri aparılan rəsmi statistika tarixində ən zəif nəticə ola bilər.
Mütəxəssislər bildirirlər ki, yağıntının kəskin azalması məhsuldarlığa ciddi təsir göstərib. İngiltərə və Uels son 190 ilin ən quraq iyul ayını yaşayıb. Nəticədə Uelsin bütün ərazisi və İngiltərənin təxminən yarısı quraqlıq vəziyyətinə düşüb. Azalan məhsuldarlıq çörək, pivə, səhər yeməyi taxılları və heyvandarlıq yemi istehsalında istifadə olunan əsas xammalın həcminə də mənfi təsir göstərəcək.
Bu vəziyyət ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Hazırda Böyük Britaniyada istehlak olunan ərzağın təxminən 40 faizi idxal hesabına təmin edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 Avqust 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















