Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
London, 4 oktyabr, AZƏRTAC
Böyük Britaniya vətəndaşları ölkəyə qayıdarkən hava limanlarındakı elektron sərhəd qapılarında pasportlarını skan etmək əvəzinə üztanıma texnologiyasından istifadə edə biləcəklər.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, yeni “təmassız sərhəd” sisteminin növbələri azaltmaq məqsədilə yaxın həftələrdə Birminqem və East Midlands hava limanlarında tətbiq ediləcəyi gözlənilir. Sərnişinlər uçuş üçün qeydiyyatdan keçmək və təyyarəyə minmək üçün yenə də pasportlarını özləri ilə götürməli olacaqlar. Lakin Böyük Britaniyaya qayıdarkən elektron sərhəd qapılarında pasportun göstərilməsinə ehtiyac qalmaya bilər.
“The Times”ın məlumatına görə, sistemin gələn ilin əvvəlinədək Birminqem, Bristol, Kardiff, East Midlands, Edinburq, Qatvik, Qlazqo, Hitrou, London Siti, Luton, Mançester, Nyukasl və Stansted hava limanlarında fəaliyyət göstərən bütün elektron sərhəd qapılarında tətbiqi nəzərdə tutulur. Hazırda sistemin Böyük Britaniya pasportuna sahib şəxslər üçün istifadəsi planlaşdırılır. Gələcəkdə isə elektron sərhəd qapılarından istifadə etmək hüququ biometrik pasportu olan digər ölkələrin vətəndaşlarını da əhatə edə bilər.
Böyük Britaniyanın Sərhəd Xidmətinin baş direktoru Fil Duqlas bildirib ki, yeni sistem sərhəd nəzarəti prosesini 25 faiz sürətləndirə bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 04 Oktyabr 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















