Böyük Britaniyada TikToka qarşı rəsmi istintaq başlanıldı
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Böyük Britaniyanın media tənzimləyici orqanı olan "Ofcom" Çində əsası qoyulmuş "TikTok" platformasının azyaşlıların təhlükəsizliyi qaydalarına əməl etməsini yoxlamaq məqsədilə təhqiqata start verib.
Bakıvaxtı.az bu barədə "Ofcom"un açıqlamasına istinadən xəbər verir.
Qurumun rəsmi bəyanatında bildirilir ki, proses zamanı sosial platformanın izləyicilərin yaşını nə dərəcədə effektiv yoxladığı və uşaqların onlara zərər verən kontentə çıxışının qarşısını almaq üçün kifayət qədər müdafiə mexanizmlərinə malik olub-olmadığı təhlil ediləcək.
"Bu araşdırmanın məqsədi "TikTok" tərəfindən qanuni tələblərin və öhdəliklərin pozulması ilə bağlı yetərli sübutların olub-olmamasını aydınlaşdırmaqdır", - deyə açıqlamada qeyd olunub.
Əgər qanun pozuntuları sübuta yetirilərsə, nəzarətedici orqan şirkətə 18 milyon funt sterlinq (24.4 milyon dollar) və ya onun müvafiq gəlirlərinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 İyul 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















