Böyük Dəbilqə : Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu ilə (8 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 59 ölkədən 374 idmançı (221 kişi, 153 qadın) mübarizə aparacaq.
Oktyabrın 29–31-də keçiriləcək Əbu-Dabi "Böyük Dəbilqə"sində ilk yarış günü təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final bloku isə saat 18:00-da start götürəcək.
Qadınlar
48 kq, 1/8 final
Könül Əliyeva – Ulbusin Xakimova (Özbəkistan)
52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Karina Yefimova (Rusiya)
70 kq, 1/16 final
Südabə Ağayeva – Nensi Nquyen (ABŞ)
+78 kq, 1/8 final
Madina Kaisinova – İrisxon Kurbanbayeva (Özbəkistan)
Kişilər
60 kq, 1/8 final
Balabəy Ağayev – David Ştarkel (Sloveniya) / Nikita Anisimov (Rusiya) cütünün qalibi
66 kq, 1/16 final
Rəşad Yelkiyev – Erbol Abasbekov (Qırğızıstan)
66 kq, 1/8 final
Ruslan Paşayev – German Kobets (Rusiya) / Tom Simxayev (İsrail) cütünün qalibi
73 kq, 1/16 final
Kamran Süleymanov – Zamoxşari Bekmurodov (Özbəkistan) / Xristos Dimitriadi (Kipr) cütünün qalibi
Hidayət Heydərov – Baysanqur Baqayev (Serbiya) / Lusian Bors Dumitresku (Rumıniya) cütünün qalibi
90 kq, 1/16 final
Elcan Hacıyev – Yosip Buliç (Xorvatiya)
+100 kq, 1/8 final
Uşanqi Kokauri – Şərifcon Nazriyev (Tacikistan) / Yakiv Xammo (Ukrayna) cütünün qalibi
Camal Qamzatxanov – Saba İnaneişvili (Gürcüstan) / Andre Umberto (Braziliya) cütünün qalibi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 28 Oktyabr 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















