“Böyük Dəbilqə”: Cüdoçularımız Lozannada 14 idmançı ilə təmsil olunacaq
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İsveçrənin Lozanna şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində Azərbaycanın 14 cüdoçusu mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda cüdoçular doqquz çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Avqustun 28–30-da təşkil olunacaq turnirdə kişilərdən ibarət milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcək.
Yarışda qurumun Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Qadınların yarışında Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq), kişilər arasında isə Əhməd Yusifov (60 kq), Turan Bayramov, Ruslan Paşayev (hər ikisi 66 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Kənan Nəsibov və Uşanqi Kokauri (hər ikisi +100 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirdə 78 ölkədən 518 cüdoçu (309 kişi, 209 qadın) tatamiyə çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 27 Avqust 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















