Icma.az
close
up
RU
44 günlük haqq savaşımızda tarix yazan Vahib FOTO

44 günlük haqq savaşımızda tarix yazan Vahib FOTO

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər edib, qanı bahasına onu alınmaz qalaya döndərən igidlərdən biri də Vahib Ramiz oğlu Əliyevdir. Belə də olmalı idi. Çünki yurd yanğısı, qeyrət, mərdlik ana südü ilə birgə hopmuşdu Vahibin canına. O, yetkinlik yaşına çatanda insanlara gərək olmağı, Vətənini canından əziz tutmağı özünə həyat amalı seçmişdi. Məhz buna görə də müharibə meydanında min əzab-əziyyətli yollar keçsə də, son nəfəsə qədər erməni dığalara qan qusdurub. Ölüm ayağında da “Təki Vətən yaşasın”- deyə əbədi olaraq gözlərini yumub. Beləcə, qısa ömrü tarixə yazılan hünər dastanı kimi dillərə düşüb. İndi Vahib öz xalqı üçün yolunda canını fəda etdiyi Vətən səmasını parlaq günəşidir. Həmçinin dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, Qubadlının, Cəbrayılın azadlığına görə medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni Vahibin müharibə meydanında göstərdiyi misilsiz şücaətinə gözəl nümunədir.
Ölümü əsl qəhrəmanlıq məktəbi olaraq tarixə yazılan, özünə ürəklərdə əzəmətli abidə ucaldan Vahib Ramiz oğlu Əliyev 24 mart 1997-ci ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olub. Halal bir ailə ocağında boy atan Vahib yetkinlik yaşına çatıb müstəqil həyata qədəm qoyanda kənddə hamı onun mədəniyyətinə, əxlaqına, bacarığına, fəal vətəndaşlıq mövqeyinə, doğma yurduna ülvi məhəbbətinə qibtə edib. Ən əsası hər əməlində xalq, Vətən üçün yararlı övlad olduğu bilinib.
Əsgərlik yaşı çatanda, yəni 2015-ci ilin iyun ayında Vahib ordu sıralarına gedib. Azərbaycanın müqəddəsliyinə tapınan gənc cəbhə bölgəsində xidmətə başlayıb. Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşan gənc nümunəvi xidmət göstərməklə çox keçmir əsgərlərin, zabitlərin dərin hörmətini qazanıb. Ən çətin sınaqlardan uğurla çıxıb. Vahib hərbin sirlərinə bələd olmaq üçün qatıldığı təlimlərdə döyüş igidliyinə görə fərqlənib. Düşmənlə mübarizə aparmaq üçün özündə tükənməz qüvvə hiss edəndən ondan qisas almaqdan ötrü məqam gözləyib. Əsgər yoldaşlarına da deyib ki, yağı əsarətində olan əzəli-əbədi yurd yerimiz Qarabağ illərdir xilaskar ərənlərin yolunu gözləyir. Bu şərəfli vəzifəni yerinə yetirmək bizim üzərimizə düşür. Düşmənin başını əzmək gərəkdir. Əminəm ki, tezliklə ordumuzun qeyrətli, mətin oğulları Vətən torpaqlarının azadlığı uğrunda odlardan, alovlardan keçərək işğalçı dığalara öz yerini göstərərlər. Mən də onların cərgəsində olmaqla, döyüşə gedib son qarış torpağın azad olunacağı günədək vuruşacağıma and içirəm. Fəqət, torpaq yolunda şəhid olmağı bacaran ərənlərin çiynində Vətən olur.
Əsgərlikdən sonra Vahibin ailəsi ilə günləri nə qədər xoş keçsə də, Qarabağın düşmən əsarətində olması onu rahat buraxmayıb. Xəyalı gecə-gündüz döyüş bölgələrində dolaşıb. Qəlbi düşməndən qisa almaq arzusu ilə döyünən Vahib İkinci Qarabağ müharibəsinin başlanması xəbərini evdə eşidib. Damarlarındakı qeyrət qanı daha da coşub, düşməndən doğma Azərbaycana yaşatdığı acıların əvəzini çixmaq üçün könüllü olaraq döyüşən cəbhənin ən qaynar nöqtələrinə gedib, canından artıq sevdiyi Vətəninin azadlığı uğrunda ölümün üzünə dik baxa-baxa vuruşub, dığalara ilk ağır zərbəni vurub. Nəticədə göstərdiyi misilsiz fədakarlığı yağını ciddi itkilər qarşısında qoyub. Mərdliyi, igidliyi əsgər yoldaşlarına da nümunə olub. Hər döyüşdə də dığalara qarşı nifrəti alovlanıb. Silahdan möhkəm yapışıb, cəsur döyüşçü kimi səngər yoldaşlarını da qələbəyə doğru aparıb.
Vahib Əliyevin düşmənə vurduğu ölümcül zərbələr günü-gündən artıb. Cəbrayılın, Füzulinin, Zəngilanın azadlığı uğrunda sözün əsl mənasında tarix yazıb. Polad sinəsini irəli verib düşmənin üstünə qartal tək şığıyan qəhrəman Vətən oğlu onun xeyli sayda canlı qüvvəsini məhv edib, texnikasını sıradan çıxardıb.
Vahibin son savaşı Qubadlıya girən zaman olub. 4 noyabr 2020- cil ildə gedən şiddətli döyüşdə qəhrəmancasına şəhadətə yüksəlib.

Vətən, torpaq sevgisi ilə Vahib şüurlu sürətdə canını fəda edərək vətənpərvərliyin ən ali məqamına yetişib. Odur ki, sonsuz ehtirama, sevgi və məhəbbətə layiq olan Azərbaycanın qəhrəman oğlu əbədi xalqımızın qəlbində yaşayacaq.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri