Böyük ekranlı cihazların çatışmazlıqları məlum oldu
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"PhoneArena" jurnalistləri böyük ekranlı smartfonların çatışmazlıqlarını müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, media orqanları 7 düymlük və ya daha böyük displeylə olan smartfonların bazara getdikcə daha çox çıxacağı ilə bağlı şayiələrə reaksiya verib.
Jurnalistlərin fikrincə, bu cür cihazların əsas çatışmazlığı onları əlində tutmağın çətinliyi ilə bağlıdır. Rəyçi Marian Slavov nümunə olaraq 7.2 düymlük "Huawei Mate 20 X" modelini göstərib:
"Heç bir əl texnikası displeyin yuxarı hissəsinə çatmağa imkan vermir, ölçüsü böyük olduğuna görə də cins şalvarların cibinə yerləşmir. Böyük displeyli cihazlar zədələnməyə daha çox meyillidir. Səth nə qədər böyükdürsə, xüsusən də displeylərə gəldikdə, zədələnmə riski bir o qədər artır", - deyə Slavov bildirib.
Mütəxəssisin sözlərinə görə, güc ekranın kiçik, dəqiq bir hissəsinə yönəldilsə, hətta plastik fırça belə onu çatlada bilər.
Eyni zamanda, "PhoneArena" jurnalistləri daha böyük cihazların öz üstünlüklərinə malik olduğunu etiraf ediblər. Məqalədə qeyd olunur ki, bir vaxtlar böyük ekranlı smartfonlar 7 və 8 düymlük planşetləri bazardan çıxarmışdı, çünki sonuncular artıq mənasını itirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 19 Fevral 2026 07:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















