Icma.az
close
up
RU
Böyük fərqlə qələbə qazansaq da, o qədər də yaxşı oynamadıq

Böyük fərqlə qələbə qazansaq da, o qədər də yaxşı oynamadıq

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gecə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İrlandiyanın "Şelburn" komandasının qonağı olan "Qarabağ" rəqibini 3:0 hesabı ilə məğlub etdi. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb Dublində baş tutan oyun haqda fikirlərini bölüşməsini xahiş etdik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ" Bakıya çox yaxşı top fərqi ilə qayıtdı. Düzü, böyük fərqlə qələbə qazansaq da, o qədər də yaxşı oynamadıq. Azarkeşlər bir qədər fərqli anlaya bilərlər, amma detalları incələsək, rəqibi taktiki baxımdan üstələyə bilmədik. "Şelburn" "Qarabağ"la oyuna 5-2-3 düzümü ilə çıxmışdı. Həmlələr zamanı rəqibi azlıqda yaxalaya bilmirdik. Vurulan birinci qola diqqət yetirsək, onların qapısı qarşısında bizim 3 "Şelburn"un isə 5 oyunçusu var idi. Taktiki baxımdan "Qarabağ"la oyuna çox yaxşı hazırlaşmışdıar. Sadəcə, İrlandiya komandasının heyətindəki futbolçuların fərdi keyfiyyətləri yüksək deyildi. Məsələn, Zubir istədiyi cinahda, istədiyi şəkildə rəqib futbolçuları keçirdi. "Şelburn" britaniyalılara xas futbolla diqqət çəkdi. Sona qədər mübarizə aparmağa, irəlidə təzyiq etməyə çalışdı. Əslində, istəklərinə də nail olurdular. "Qarabağ" rəqibin pressinqi nəticəsində meydanın mərkəzində çox sayda top itirdi. Standart vəziyyətlərin birində isə topu son anda boş qapıdan çıxardıq. "Qarabağ" rəqibə kifayət qədər qol imkanı verdi. Qeyd etdiyim kimi, onların fərqlənməsinə ustalıq səviyyəsi mane oldu. Belə deyək, yay toplanışı çərçivəsində istər Xarkov "Metallist"i, istərsə də "Zalsburq"la yoxlama oyunlarda Azərbaycan çempionunun yol verdiyi səhvləri bağışlamırdılar. 

"Qarabağ"ın nəyin hesabına qalib gəldiyinə diqqət yetirsək, Leandro Andrade və Zubirin cinahlardakı fərdi performanslarını qabartmalıyıq. Kadi də özünü yaxşı tərəfdən göstərdi. "Şelburn" nə qədər qaçsa da, nə qədər düzgün oynasa da, futbolçuların səviyyə fərqi aşkar sezilirdi. Deyərdim ki, bu oyunun ən yaxşısı Nəriman Axundzadə idi. Avtoqol zamanı ayağını topa qoyub qol müəllifi olduğuna görə demirəm. 81-ci dəqiqədə Kadinin ara ötürməsi zamanı onun necə "açıldığını" görmək beynəlxalq səviyyəli reaksiya ilə diqqət çəkdiyini söyləməyə əsas verir. Həmin epizodun davamında dirəyə tuş gələn zərbəsini isə Kaşuk tamamlayaraq fərqi artırdı. Nəriman belə davam etsə, başqa hücumçuya ehtiyac qalmayacaq. Nərimanın partlayıcı sürəti "Qarabağ"ın sabiq forvardı Juninyonunkundan da yüksəkdir. O, həm də Juninyodan daha dözümlü futbolçudur. Emmanuel Addai hücum fazasında çox sayda top itkilərinə yol verdi. Qeyri-dəqiq ötürmələrini və zərbələrini qaçmaqla kompensasiya etsə belə... Yeni transferlərdən Pedro Bikalyo arzulanan çıxışla diqqət çəkmədi, ancaq onun hələ komandaya uyğunlaşmadığını nəzərə alsaq, mövcud performansının səbəbini anlamaq olar. Təbii ki, Bikalyo hələ uyğunlaşmalıdır. 

Qısası, ilk görüşdəki səhvlərə rəğmən, ikinci matçın bizim üçün çətin keçməyəcəyini düşünürəm. Hə, İrlandiya komandası Bakıda qol vura bilər. Lakin geridönüş edəcəklərinə inanmağım gəlmir. Bu səviyyədə futbolçulara malik kollektivin "Qarabağ"ı keçməsi çətin məsələdir".

Nihat 

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://fanat.az
archiveBu xəbər 24 İyul 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri