Icma.az
close
up
RU
Böyük məramlar və xırda maraqlar

Böyük məramlar və xırda maraqlar

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Həqiqəti bilmək istəyirsənsə, həyatın boyu hər şeyə şübhə ilə yanaş" deyirdi Rene Dekart. Skeptisizm - tənqidi düşüncənin, sorğulama yetənəyinin elmi (fəlsəfi) əsasıdır. Sübutu olmayan heç bir şeyə inanmamaqdır.

Bu davranış modeli ən qədim tarixi dərinliklərdən - Miladdan əvvəlki II minillikdən başlayır. Başqa sözlə, şübhəmiz çağdaş tariximizdən də "qocadır".

Sorğulama, əlbəttə ki, proqressin təməlində duran bir ənənədir, gələnəkdir. Ancaq bir də ifrat inkarçılıq inadkarlığı. Bilirsən ki, bir şey yaxşıdır, bir iş yaxşı görülür, ancaq yenə də "qulp" qoyursan, ya da gözdən salmağa çalışırsan.

Günümüzdə bu cür ifratçı skeptiklərə - aşırı inadçı davranışlara çox rast gəlirik. Məsələn, dövlət rəhbəri, dövlət rəsmiləri xarici ölkələrə səfərlər edirlər. Hər dəfə ifratçılar-inkarçılar eyni şeyi deyir: "Nə xeyri var?!" Heç kim heç bir yerə getməsə, o zaman da deyəcəklər: "Dizlərini qatlayıb, oturublar, heç kiminlə danışmırlar, görüşmürlər, heç bir iş görülmür" və sair.

Məsələn, biz yazsaq ki, Azərbaycan prezidenti İlham Əliyevin Mərkəzi Asiyaya bu dəfəki səfəri də uğurludur, inkarçılar razılaşmayacaq; əksini iddia edəcəklər. Anlamaq çətin deyil ki, dövlətlərarası, xüsusilə çoxtərəfli münasibətlərdə hər iş, hər təşəbbüs birdən-birə baş vermir, ya da baş tutmur. Heç bir məqsəd qısa müddətdə həyata keçməyə bilər. Buna görə də tərəfdaşlıq qurmaq istədiyin dövlətə hər yeni səfər bu ölkə ilə münasibətlərin səviyyəsini və dayanıqlılığını bir pillə də irəli apara bilirsə, bu, özü uğurdur. Hər bina kərpic-kərpic hörülür, qurulur. Çoxtərəfli formatlarda da bu, daha çox özünü göstərir. Mən bir essemdə də buna toxunmuşam; latınca olan"festoba lente" ifadəsinin dilimizdəki qarşılığı - "yavaş-yavaş sürətlən" anlatmağa çalışdığımız mətləbi açır. Başqa bir essemdə "akselerativ mədəniyyət" anlayışından bəhs etmişdim; artan sürətin fəlsəfi anlamından söhbət gedirdi.

Konkret halda - Türk birliyi kontekstində də bunun izahını vermək lazımdır. Hərçənd Azərbaycan diplomatiyasının çatmaq istədiyi nöqtə - qurmaq istədiyi format hətta ən doğma siyasi linqvistikanın da hüdudlarını aşır: türk kimliyinin arealından da geniş coğrafiyaya xitab edir. Ən azı Mərkəzi Asiya ilə Cənubi Qafqazı vahid canlı orqanizm olaraq birləşdirməyi hədəfləyib (bu məqsədi əvvəllər geniş şərh etmişdim).

Belə miqyaslı geostrategiyalar bir gündə, beş gündə nəticə verməz. Həm də əgər sən onu hər gün qidalandırmazsan, heç bir nöqtəyə vara bilmızsən.

Mərkəzi Asiya Ağ Evin belə aktiv maraq dairəsindədirsə, bu bölgə ilə bu qədər etnomədəni bağlarımız varkən, biz niyə qıraqda dayanaq?! Rusiya, Çin, Avropa İttifaqı, eləcə də, bütün başqa hər cür ölçülü geosiyasi güclər bu bölgəyə can atırsa, biz niyə kənar durmalıyıq?! Türkiyə kimi Türküstan da bizik, özümüzük. Özümüzlə olmaqdan, özümüz olmaqdan gen gəzək?!

Əlbəttə, bu sualların cavabları bəllidir. Azərbaycan dövlət təfəkkürü öz rüşeym halından çoxdan çıxıb, öz qabığını çoxdan sındırıb, öz yelkənini kiçik göllərdən dənizlərə, okeanlara açıb. Azərbaycan adlı gəminin kapitanının da vəzifəsi və bacarığı küləkləri doğru oxumaq, qasırğalardan yan keçməyi bilməkdir. Bunu da edir, etməyə çalışır. Uğur da qazanır. Ancaq bu okean genişliyində üzmək asan deyil, mənzil başına çatmaq zaman alır. Bunu anlamaq elə də çətin olmamalıdır.

Tək bir misalla yazını nöqtələycəm: Azərbaycan dövləti, onun rəhbəri 2016-cı ildə də torpaqları işğaldan azad etməyə qalxmışdı. Ancaq məlum oldu ki, əvvəlcə daxildə qəti qələbəyə mane olan faktorları zərərsizləşdirmək gərəkdir. Hər şey axı gözümüzün qarşısında baş verib. Elə təkcə "Ramiz Mehdiyev", "Nəcməddin Sadıkov" adlı problemləri xatırlayaq. Tərtər təxribatını yada salaq. Bir deyil, iki deyil.

Azərbaycan dövlət olaraq artıq böyük meydanların oyunçusudur, xırda maraqların fövqünə qalxmaq və dövlətin mütərəqqiyə canatımını görmək lazımdır. Bəzi insanlar hələ də öz dar pəncərəsindən baxmaqda israr edir. Niyəsi az-çox bəllidir. Bu da ayrı söhbətdir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Noyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri