Icma.az
close
up
RU
Menu

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

Müharibə riski ciddi olaraq qalır

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Nurşən Quliyevə ağır itki

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

Böyük dəhliz reallaşır Asimmetrik maraqlar və şirnikləndirici vəd paketi

Böyük dəhliz reallaşır Asimmetrik maraqlar və şirnikləndirici vəd paketi

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zəngəzur dəhlizi Üçtərəfli Bəyannamənin fokuslandığı əsas məqamdır. Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında ilkin sülh sazişi qonşu İranda, Rusiyada həyəcan təbilinin çalınmasına səbəb oldu.

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyan Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannaməni imzalayıblar.

Eyni tarixdə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətni də paraflandı.

Bəyannamə ilə hər iki tərəf hərbi əməliyyatları dayandırmağı, bir-birinin ərazi suverenliyini rəsmi olaraq tanımağı, həmçinin diplomatik və iqtisadi əlaqələri açmağı hədəfləyir.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Bəyannamənin fokuslandığı əsas məqam

Azərbaycanı Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirmək üçün Zəngəzur dəhlizinin ("Tramp marşrutu" - TRIPP) yaradılmasının elan edilməsi üçtərəfli Bəyannamənin fokuslandığı əsas məqamdır.

Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında ilkin sülh sazişi qonşu İranda, Rusiyada həyəcana səbəb oldu. Çünki o, Ermənistan-İran sərhədi boyunca ABŞ-nin nəzarəti altında olan tranzit dəhlizini əhatə edir.

İran ənənəni pozmadı, amma…

Yaxın Şərqdə düşdüyü geosiyasi boşluqlar, üzləşdiyi strateji itkilər səbəbi ilə İranın maraqları asimmetrik olaraq Cənubi Qafqazda da ipdən asılı qalıb. Bununla belə, İran Azərbaycanın Zəngəzur dəhlizi layihəsi və onun ABŞ tərəfindən dəstəklənməsinə dair təhdidedici xəbərdarlıqlar verir. Rusiyanın da buna qarşı çıxacağına ümid bəsləyir. İranın xəbərdarlıqlarına dair bir neçə məlumat:

Avqustun 9-da İran Xarici İşlər Nazirliyi razılaşmanı alqışladı, lakin ABŞ-nin Ermənistanla sərhəddə mövcudluğuna qarşı xəbərdarlıq etdi. Nazirlik bəyanatında Tehranın regiondakı hadisələri izlədiyini və həm Bakı, həm də İrəvanla əlaqə saxladığını bildirərək əlavə edib: "Şübhəsiz ki, Qafqaz regionunda sülh və sabitlik bütün region ölkələrinin maraqlarına xidmət edir".

İran XİN, həmçinin regional təhlükəsizlik və sabitliyə xələl gətirə biləcəyini düşündüyü "Tramp yolu"na istinad edərək, "xüsusən də ortaq sərhədlər yaxınlığında hər hansı formada xarici müdaxilənin mənfi nəticələrinə" qarşı xəbərdarlıq edib.

İranın Ali Rəhbəri Əli Xameneiyə xarici siyasət məsələlərində tövsiyələr verən Xarici Əlaqələr üzrə Strateji Şurada işləyən Əli Baqeri-Kani təkid edib ki, Tehran tranzit marşrutunu asanlıqla gözardı etməyəcək. O, həmçinin Zəngəzur dəhlizinin dövlətlərə, o cümlədən Rusiyaya "birbaşa və dolayı təsirləri" olacağı barədə xəbərdarlıq edib.

Xameneinin xarici siyasət üzrə yüksəksəviyyəli müşaviri Əli Əkbər Vilayəti ABŞ-nin İran-Ermənistan sərhədində hər hansı mövcudluğuna qarşı daha sərt xəbərdarlıqla çıxış etdi. O, Tehranın "Rusiya ilə və ya Rusiyasız" regionu qorumaq qərarına gələcəyini bildirib.

Pezeşkianın bəyanatı daha yumşaqdır

İran Prezidenti Məsud Pezeşkian avqustun 11-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı xəbərdarlıq edib. Hərçənd ki, Pezeşkianın bəyanatı daha yumşaq mesajdır və bu, İranda mötədil düşərgə ilə ultramühafizəkar qruplar arasında Azərbaycana yanaşmada ifadə olunan fikir ayrılıqlarına dəlalət edir. Pezeşkianın avqustun 18-də Ermənistana səfəri zamanı İranın klassik mövqeyi ilə onun xarici siyasətdə praqmatik xətti müdafiə edən konsepsiyasının hibridi barədə müzakirələr aparacağı gözləniləndir.

Ancaq İran radikal ideoloji və strateji maraqlarını ön səflərə çəkmək istəyir və bunun liberal seqmentin ideyalarının üzərində tutmağa çalışır.

Tehran Rusiyanın yardımına arxalanır

Başqa yandan isə İran Zəngəzur dəhlizinə qarşı müqavimət oxunda Rusiyanın yardımına arxalanır.

Bu amil İranın regionda hüquq-müqavilə bazasına əsasən Rusiyanı müttəfiq kimi xarakterizə etmək cəhdidir. Lakin Rusiya İrana həqiqi müttəfiqlik əlaqələri nəzərindən baxmır. Bu o deməkdir ki, Moskva Tehranla eyni məntiqdən çıxış etməyəcək.

Bu, strateji rəqabətin fərqliliklərindən qaynaqlanır, yəni Rusiya ABŞ ilə qarşıdurma xətlərində İranın məntiqini bölüşmür. Həm də ona görə ki, Rusiya və İranın Cənubi Qafqazda fərqli maraqları əvvəllər iki ölkə arasında gərginlik mənbəyi kimi çıxış edirdi. İranın Zəngəzur dəhlizi layihəsinə qarşı çıxmasına baxmayaraq, Rusiya bu dəhlizin tikintisini dəstəkləyib.

Üstəlik, İranın Rusiyaya təklif etdiyi sövdələşmə Tehranın xaricdə güc nümayiş etdirmək qabiliyyətinin azaldığı bir vaxtda Moskvaya sərfəli variant kimi gəlməyəcək.

Buna baxmayaraq, Rusiya ilə İranın Azərbaycanın strateji maraqlarına qarşı qısamüddətli dövr üçün birləşib müştərək təhdidlərə başlayacağı istisna oluna bilməz. Bu, əsasən, Xəzər dənizi hövzəsində Azərbaycana qarşı yönəlmiş hərbi təhdid kampaniyası ilə müşayiət oluna bilər.

Rusiya necə davranacaq?

Türkiyə Bəşər Əsədin Suriyada devrilməsinə nail olduqdan sonra Rusiya ilə İran arasındakı həssas müttəfiqlik əlaqələrindəki çatlar daha da böyüdü. İran və Rusiyanın Bəşər Əsədin əsas himayədarları statusundan məhrum olmasından sonra Türkiyənin Yaxın Şərqlə yanaşı, Cənubi Qafqazda da nüfuzunun genişlənməsi Moskva-Tehran xəttində narahatlıqları artırdı. Türkiyə isə Azərbaycanla strateji müttəfiqlik zərurətlərindən irəli gələrək ABŞ ilə əlaqələri gücləndirən addımlar atdı. Vaşinqtonda razılaşdırılmış məqamlar da Azərbaycanla Türkiyənin strateji maraqlarını ifadə edən tranzit marşrutunun reallaşacağını aktuallaşdırır.

Təbii ki, belə konfiqurasiya Cənubi Qafqazda əsas güc kimi dominantlıq etməyə çalışan Rusiyanı kənarda qoya bilər.

Çünki Vaşinqton razılaşmaları Azərbaycanla Ermənistan arasında müharibəyə son qoyan 10 Noyabr Bəyanatı, Moskva və Soçi Bəyannamələrini qüvvədən salır.

Başqa tərəfdən, Azərbaycanla Ermənistanın razılığına əsasən, sərhəddə üçüncü tərəfin qüvvələrinin yerləşdirilməsi qadağan ediləcək. Bu qadağa, Ermənistandakı Avropa İttifaqı missiyası ilə bərabər, ehtimal ki, Rusiyanın 102-ci bazasını da əhatə edəcək.

Rusiya Ermənistanda ciddi təxribat ssenariləri hazırlamaqla prosesi tormozlamağa çalışacaq. İlkin mərhələdə isə Kreml ehtimalla ABŞ-ni sıxışdırmaq üçün Ermənistana şirnikləndirici vəd paketi təqdim edə bilər.

Rusiya Çini özünə tərəf çəkmək istəyir

Bundan əlavə, Rusiya Çini dəhlizə, regionda artan ABŞ və Türkiyənin nüfuzuna qarşı çıxmaq üçün diplomatik səylərə cəlb etmək cəhdlərində maraqlıdır. Lakin Pekin bu plana qarşı müqavimət göstərəcək, həm də ona görə ki, ABŞ ilə Çin arasında qlobal nüfuz dairəsinə dair danışıqlar konstruktiv atmosferdə keçirmiş kimi görüntüyə malikdir.

Ancaq istisna olunmalı deyil ki, Rusiya Azərbaycan və Ermənistan arasında Ağ Ev vasitəsilə yaxşı qurulmuş iqtisadi tərəfdaşlıqları nəzərə alacaq. Bu, Rusiyanın Zəngəzur dəhlizində iqtisadi əməkdaşlıq kontekstindəki maraqlarına əsaslanacaq strategiya kimi düşünülməlidir.

Bu o deməkdir ki, Rusiya ilə Azərbaycanın münasibətlərində normallaşma olacaqsa, Bakı gələcəkdə Moskvaya dəhlizin inkişafında müəyyən potensiala daxil olmaq imkanı tanıyacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Avqust 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see312

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see278

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see205

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see193

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see184

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see183

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see152

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see144

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

29 Sentyabr 2025 14:35see143

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see138

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see137

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see136

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see130

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see130

Nurşən Quliyevə ağır itki

29 Sentyabr 2025 14:51see130

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see128

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see127

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

29 Sentyabr 2025 23:47see125

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

29 Sentyabr 2025 17:19see125

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri