Icma.az
close
up
RU
Böyük müharibə başlayacaqmı? İran o tarixi gözləyir

Böyük müharibə başlayacaqmı? İran o tarixi gözləyir

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Donald Trampın yenidən prezident seçilməsi ilə ABŞ-ın xarici siyasətində ciddi korrektələr olacağı düşünülür. Hazırkı Prezident Co Bayden administrasiyası üçün mövcud münaqişələr arasında prioritet təşkil edəni Rusiya-Ukrayna müharibəsi idi. Tramp isə bu müharibəni qısa bir zamanda və Rusiyanın tələbləri çərçivəsində dayandırmaq istəyir. Belə olan halda Vaşinqtonun diqqəti daha çox Yaxın Şərqə yönələcək”.

Bunu Globalinfo.az-a politoloq Əlimusa İbrahimov İran-İsrail qarşıdurmasının hazırkı mərhələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Tramp İsraillə bağlı birinci prezidentliyi dövründə edə bilmədiklərini indi sona çatdırmağı qarşısına məqsəd qoyub:

“ABŞ-ın yenidən seçilən keçmiş prezidentinin Təl-Əvivlə münasibətləri hamıya məlumdur. Yəni onun İsrailin hərbi-strateji mövqeyinin daha da gücləndirilməsi üçün çalışacağı gözlənilir.

Şübhəsiz ki, İsrailə ediləcək yardımlar İrana zərbələrin endirilməsi, hərbi, iqtisadi, siyasi təzyiq qarşılığında olacaq. Deməli, Tehran Trampın vəzifəsinin icrasına başlamasından yaxşı heç nə gözləmir. Bu halda onun prezidentliyi təsdiqlənənə kimi Təl-Əvivlə müəyyən haqq-hesab çəkmək məqsədəuyğun olmazdımı? Digər tərəfdən İsrail beynəlxalq ictimaiyyətin xahiş və tələblərinə məhəl qoymadan HƏMAS, “Hizbullah” və digər qruplaşmalara hücumlarını davam etdirərək cavab həmləsinə şərait yaradır”.


Əlimusa İbrahimov

Ə.İbrahimov deyib ki, İran məhz bu şəraiti nəzərdən keçirərərək İsrailə növbəti hücum versiyası barədə düşünə bilər:

“Amma Tehranın bu addımı Trampın vəzifəsinə başladıqdan sonra İrana qarşı daha ciddi mövqe tutmasına imkan verə bilər. Düşünürəm ki, İsrail tərəfindən İranı qıcıqlandıran yeni, daha ciddi addım atılmazsa, Tehran hökuməti Respublikaçıların Ağ Evdə andiçmə mərasiminə qədər dözəcək. Ondan sonra isə yeni prezidentin İranla münasibətdə atacağı addımlar islam ölkəsinin də siyasətini müəyyənləşdirməsinə təsir göstərəcək”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri