Icma.az
close
up
RU
Böyük müharibəyə hazırlıq gedir: Hədəfdə Türkiyədir?

Böyük müharibəyə hazırlıq gedir: Hədəfdə Türkiyədir?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Türkiyə kürdləri Qərbi Kürdüstana keçmək və qardaş və bacılarını qorumaq üçün Rojava ilə sərhəddə toplaşırlar”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Kürdüstanın səsi” radiosu bu barədə məlumat yayıb.

PKK lideri Murad Qarailan Suriyadakı kürdlərlə bağlı vəziyyəti şərh edərkən deyib:

“Bu, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və beynəlxalq koalisiyanın digər dövlətlərinin nüfuzuna qara ləkə olacaq. Siz bu insanlara onların müttəfiqləri olduğunuzu dediniz. Bəs niyə indi müttəfiqlərinizi belə bir hücum qarşısında tək qoyursunuz?” 

Terrorbaşı Qarailanın açıqlaması Suriya keçid hökuməti ilə “Suriya Demokratik Qüvvələri” arasında razılaşmaya mane olmağa çalışdığını göstərir.

PKK-nın SDQ-nin rəhbəri Mazlum Abdiyə rəsmi Dəməşqin şərtlərini qəbul etməmək üçün təzyiq göstərdiyi barədə xəbərlər bu təxribatın arxasında Murad Qarailanın dayandığını deməyə əsas verir. 

Qeyd edilir ki, Suriya Prezidenti Əhməd əş-Şaraa ilə SDQ rəhbəri Məzlum Abdi arasında, müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüş təxminən 5 saat davam edib.

Lakin PKK rəhbərliyi Məzlum Abdiyə Məsud Bərzaninin vasitəçiliyi ilə əldə olunmuş razılaşmadan geri çəkilməsi üçün ciddi təzyiq göstərir.

Əhməd əl-Şaraa SDQ-nin PKK-nın təsirindən tam azad olması və razılaşmanın yekunlaşdırılması müqabilində Məzlum Abdiyə müdafiə nazirinin birinci müavini vəzifəsini təklif edib.

Bundan başqa, Suriyanın Həsəkə vilayətinə qubernator təyin edilməsi üçün onun tərəfindən bir namizəd irəli sürülməsini istəyib.

Məzlum Abdi isə Həsəkənin tam şəkildə SDQ və onun mülki strukturlarının nəzarətində qalması şərtini irəli sürüb. Əhməd əş-Şaraa bu tələbi rədd edərək bildirib ki, razılaşma yalnız Daxili İşlər Nazirliyinin qüvvələrinin Həsəkəyə daxil olması halında qüvvəyə minə bilər. 

Görüşün sonunda Məzlum Abdi komandirləri ilə məsləhətləşmək üçün əlavə 5 gün vaxt istəyib. Lakin Suriya Prezidenti vaxtın uzadılmasını qəbul etməyib və günün sonunadək qəti mövqe bildirməyi tələb edib.

Əks halda, beynəlxalq tərəflərə Məzlum Abdinin razılaşmadan imtina etdiyi barədə məlumat veriləcəyi, həmçinin Suriya hökumətinin Həsəkə məsələsini güc yolu ilə həll etməyə başlayacağı bildirilib.

Göründüyü kimi, Məzlum Abdi silahı yerə qoymaq və Suriya dövlət strukturılarına inteqrasiya olunmaq barədə təklifi qəbul etsə belə, PKK-nın əli ilə bu prosesi pozmaq istəyən qüvvələr var.

Məqsəd İraqın şimal-şərqini, o cümlədən neft və qaz ehtiyatları zəngin Deyr əz-Zor bölgəsini YPG-nin və SDG-nin nəzarətində saxlamaqdır. Buna nail olmaq üçün son günlər Suriya ordusunun keçirdiyi hərbi əməliyyatlarda darmadağın edilmiş YPG və SDG terror təşkilatlarının mövcudluğunu saxlamağa cəhd göstərilir. 

Əks təqdirdə, Suriyanın bütövlüyünün təmin olunması bütövlükdə regionda “Kürdüstan dövləti” planının iflasa uğramasına səbəb ola bilər. PKK-nın Suriya qanadı olan hər iki terror təşkilatının ləğvi, xüsusilə də Fərat çayının sağ və sol sahillərinin, eləcə də Hələbi, Menbiç və Həsəkə bölgələrini birləşdirən M4 avtomobil yoluna nəzarətin Dəməşqə keçməsi əş-Şaraa hakimiyyətinə strateji üstünlük qazandırır. 

Bu həmçinin, Türkiyənin regionda geosiyasi mövqelərini gücləndirməklə yanaşı, Suriya istiqamətində PKK təhlükəsinin aradan qalxması və sərhədlərinin təhlükəsizliyini təmin edilməsi deməkdir. Lakin yeni status-kvonun formalaşmasına qarşı çıxan bir sıra güclər PKK üzərindən bölgədə prosesi pozmağa çalışır.

Hazırda Məzlum Abdiyə təzyiq siyasətinin arxasında hansı qüvvələrin dayandığını demək tam aydın olmasa da,  Suriyanın bütövlüyünün təmin olunmasını və Türkiyənin regional təsirinin artmasını istəməyən dövlətlər məlumdur.

Bunlar İsrail, İran və Rusiyadır. Bir zamanlar PKK-ya açıq dəstək verən ABŞ-nin isə Suriya məsələsində mövqeyini dəyişməsi İsrailin narazılığana səbəb olub. Tramp administrasiyası Əhməd əş-Şaraa ilə işləməyə üstünlük verir və regionla bağlı strategiyasını Türkiyə ilə tərəfdaşlıq xətti üzərində qurur. 

Bunun qarşılığında ABŞ şirkətləri Suriyanın zəngin neft və təbii qaz yataqlarının istismarına cəlb oluna bilər. Son günlər YPG və SDG-nin sıradan çıxarılması istiqamətində baş verən hadisələr bu istiqamətdə pərdəarxası razılaşmaların əldə olunduğunu göstərir.

Murad Qarailanın ABŞ-ni kürdlərə xəyanətdə ittiham etməsi də çox güman ki, bununla bağlıdır. 

PKK-nın Suriyada sülh prosesinə silahlı müdaxiləsi döyüşlərin yenidən başlamasına gətirib çıxarmaqla yanaşı, Türkiyənin də bölgəyə genişmiqyaslı hərbi müdaxiləsi ilə nəticələnə bilər.

Lakin Ankara hələlik maksimum təmkinli davranmaqla PKK lideri Abdulla Öcalanla əldə olunmuş silahların buraxılmasına dair razılaşmanı qüvvədə saxlamağa və problemi dinc yolla həll etmək istəyir.

Amma Qarailanın Türkiyədə yaşayan kürdlərə müraciət etməsi Ankaranı daha sərt addımlar atmağa vadar edə bilər. Çünki Qarailanın çağırışı əslində, Türkiyədə xeyli müddətdir səngiyən PKK terrorunu yenidən oyatmağa yönəlib. Bu isə hədəfin Suriya deyil, Türkiyə olduğunu göstərir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: müharibə Türkiyə PKK

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Yanvar 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri