Icma.az
close
up
RU
Samaras böhranı böyüyür: Təlimat almaq üçün ABŞa gedir Hədəfdə Türkiyədir

Samaras böhranı böyüyür: Təlimat almaq üçün ABŞa gedir Hədəfdə Türkiyədir

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yunanıstanın Baş naziri Mitsotakisin Türkiyə ilə dialoqa qarşı çıxan sabiq baş nazirlərdən biri olan Andonis Samarası partiyasından qovması Afinanın sağ-mərkəzində vəziyyəti sarsıda bilər.

Publika.az xəbər verir ki, yunan mətbuatının yazdığına görə, yaxın günlərdə ABŞ-a gedəcək Samaras yeni siyasi partiya qura bilər.

Yunanıstanın Baş naziri Kriyakos Mitsotakis rəhbərlik etdiyi “Yeni Demokratiya” partiyasından parlamentə seçilən keçmiş baş nazir Andonis Samarası həm partiya üzvlüyündən, həm də parlament qrupundan xaric edib. Samaras Türkiyə ilə Yunanıstan arasında yenilənmiş yaxın münasibətlərə qarşı çıxan siyasətçi kimi tanınır. Yunan mətbuatına açıqlamalar verən “Yeni Demokratiya” mənbələri Samarasın qovulmasının hansı nəticələrə gətirib çıxaracağını müzakirə edir. Samarasın hakimiyyətə heç bir təhlükə yaratmayacağı bildirilsə də, Türkiyə əleyhdarı keçmiş baş nazirin yeni siyasi partiya ilə sağ mərkəzdə rəqib ola biləcəyi vurğulanır.

Andonis Samaras son iki ildə Mitsotakis hökumətinin Türkiyə ilə sıx əlaqələr qurmasına etiraz edir. 2012-2015-ci illərdə baş nazir olmuş Samaras hakim partiyanı “millətçi deyil” deyə tənqid edib. Samaras “To Vima” qəzetinə müsahibəsində Mitsotakis hökumətinin Türkiyə-Yunanıstan münasibətlərində daim güzəştə getdiyini iddia edib. Samaras Mitsotakisin prezident Rəcəb Tayyib Ərdoğan, Albaniyanın Baş naziri Edi Rama və Kipr Rum Administrasiyasının rəhbəri Nikos Hristodulidislə son görüşlərini qeyri-ciddi adlandırıb.

İndi bütün diqqətlər Samarasın Afinadakı hərəkətlərindədir. Samarasın bu davranışından sonra hökumətin irəliyə doğru yol cızmağa fokuslandığı bildirilsə də, Yunanıstan hüququnun bölünməsinə səbəb ola biləcək risklər də var. “ERT” dövlət televiziyasının məlumatına görə, “Yeni Demokratiya” daxilində bu fikir üstünlük təşkil edir: hökumət siyasi sabitliyə diqqət yetirməlidir.

Yunanıstanda diqqətlər digər keçmiş baş nazir Kostas Karamanisə də yönəlib. Hökumət mənbələrinə görə, Samaras prezidentliyə namizədliyini irəli sürdüyü Karamanislə gizli əməkdaşlıq çərçivəsində hərəkət edə bilər. Karamanis isə bu mövzuda verilən suallara "hələlik şərh yoxdur" deməklə kifayətlənib.

Qovulma qərarına sərt reaksiya verən Samaras Mitsotakisi təkəbbürlü olmaqda günahlandıraraq, partiya bazasından ayrıldığını iddia edib. Samarasın mətbuat ofisinin direktoru Nikos Tsioutsias “Mega TV”də verdiyi açıqlamada onun deyib:

“Samaras hökumətin və ya parlament qrupunun bir hissəsi deyil. O, hökuməti devirə biləcək fövqəlbəşər deyil. Samarasın yeni siyasi partiya yarada biləcəyi ilə bağlı yayılan xəbərlər yalandır. Əminliklə deyə bilərəm ki, Samaras yaxın günlərdə ABŞ-da olacaq. Bundan başqa heç nə bilmirəm".

Mətbuat katibi Samarasın bundan sonra da ictimaiyyətə öz fikirlərini bildirəcəyini vurğulayıb.

Aysel Şahmar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://publika.az
archiveBu xəbər 20 Noyabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri