Icma.az
close
up
RU
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Yaxın Şərq ölkələrindən neft ixracının iflic olması dünya iqtisadiyyatının böyük böhranla üz-üzə qalmasına səbəb olub. ABŞ və Avropa İttifaqı ölkələri alternativ yollarla yanacaq almaq məcburiyyətində qalıblar. Bu prosesdən isə faydalanan tərəf Rusiyadır. Hörmüz boğazının bağlı qalması Asiya bazarında Rusiya neftinə tələbatı artırmaqla yanaşı, onun qiymətini də artırıb. Rusiyada sutkalıq hasilatın 10 milyon bareldən 8,8 milyon barelə düşməsinə baxmayaraq, bu gün beynəlxalq bazarlara, xüsusilə də Çin və Hindistana neft satan ölkə Rusiya olaraq qalır. Qəribə paradoks ondan ibarətdir ki, Qərb dövlətləri müxtəlif sanksiyalarla Rusiyanın neft satışını məhdudlaşdırmağa çalışırlar ki, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirə bilməsin. Lakin digər tərəfdən Hörmüz boğazının bağlı qalması Rusiyaya gündəlik 500 milyon dollar qazandırır ki, bu da ona müharibəni davam etmək imkanı yaradır.

Küveytin neft tədqiqatçısı Kamil Abdulla əl-Harmi yazır ki, Hindistan yanacaq idxalını diversifikasiya edərək enerji sektorunu inkişaf etdirir. Alternativ yolların bağlı olması daha çox və daha ucuz neft alaraq Hindistan hərbi sənayesini də gücləndirib.

Digər bir paradoks hal ondan ibarətdir ki, Çin ilə rəqabət aparan ABŞ Körfəzdə hərbi əməliyyatlara başlamaqla Çinin geosiyasi əhəmiyyətini artırıb. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Çin də Hindistanla yanaşı, Rusiyadan ucuz və iri həcmdə neft alaraq iqtisadiyyatını enerji ilə təmin edir. Bütün bunlar Rusiyada hasilatın artırılması üçün stimul yaradıb və ola bilsin ki, yaxın gələcəkdə hasilat artsın. Lakin bu, heç də neftin dünya bazarında qiymətinin aşağı düşməsini şərtləndirməyəcək. Günki Rusiya neftinin alıcıları sabitdir və alternativləri yoxdur.

Yay mövsümünün başlaması ilə istirahət günləri də başlayır. ABŞ-də avtomobil ilə səyahət etmək ənənəvi istirahət növüdür. Benzinin bahalaşması böyük narazılıqlar yaradır. ABŞ sutkada 14 milyon barel neft hasil edir ki, bunun da 9 milyonu daxili tələbata yönəldilir. Qalan 7 milyon barelin ixrac edilməsi qiymətlərdə dəyişikliyə o qədər də təsir etmir.

Hazırda dünya bazarında Rusiyanın “Urals” markalı neftinin 1 barelinin qiyməti 109 dollara satılır ki, bu da ABŞ-nin “Brent” markalı neftindən 15 dollar bahadır. Vəziyyətin belə davam etməsi dünya iqtisadiyyatında böhranın və Rusiyanın Ukrayna istiqamətində apardığı hərbi əməliyyatların davam edəcəyini deməyə əsas verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri